Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zәrifә Әliyevanın xatirәsi anılır

28 aprel 2020 | 16:00

Bu gün görkәmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür. İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi birlikdə akademik Zərifə xanım Əliyevanın  həyatından bəhs edən videoçarx hazırlamışdır. Videoçarxda Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığı, çətin yollarda inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyi, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi vurğulanır.

Daha sonra MKS-in əməkdaşı oftalmoloq alimin zəngin ömür yolu, pedaqoji fəaliyyəti vә tibb elminә verdiyi töhfələrdən danışır. Qeyd edir ki, Azərbaycan tibb elminin, xüsusilә az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.

Videoda Zərifə Əliyevaya həsr olunmuş şeirlər İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin dərnək üzvləri tərəfindən səsləndirilir,İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbinin müəllimləri “Ana” mahnısını ifa edirlər.

Zərifə Xanım Əliyevanın ürəklərdə əbədi yaşayan xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır!

Linkə  keçid edərək videonu izləyə bilərsiniz:

VİDEO

Keçidlər