Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ərzaq yardımı aksiyası davam edir

01 may 2020 | 16:00

İsmayıllıda karantin müddətində aztəminatlı və digər həssas kateqoriyaya aid ailələrə ərzaq yardımı davam etdirilir. Möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı altında keçirilən aksiya son iki gündə İsmayıllı rayonunda 1600-ə yaxın ailəni sevindirib. İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi, Sosial Müdafiə Fondu, Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azәrbaycan Qızıl Aypara Cәmiyyәti və yardım etməyi sevən fiziki şəxslərin təşkilatçılığı ilə həyata keçirilən işlərdə rayonun gənclərdən ibarət könüllüləri də iştirak edib. Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi 1500 ədəd ərzaq bağlaması məhz 5-dən çox uşaq böyüdən,  18 yaşa qədər əlil övladı olan və digər həssas ailələrə, həmçinin yaşı 65-dən yuxarı tənha və ahıl insanlara çatdırılıb. Rayonun İsmayıllı şəhərindən əlavə, bütün kənd və qəsəbələrində yaşayan ailələr ərzaq sovqatlarından faydalanıb.

Keçidlər