Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının icra başçısı әrazilәrdәki nümayәndәlәrә әhalinin etimadını doğrultmağı tapşırdı

03 may 2020 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhər, qəsəbə və kəndlәrdәki icra nümayəndələrinin iştirakı ilə növbəti videokonfransı keçirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qәrarı ilә xüsusi karantin rejiminin yumşaldılmasından irәli gәlәn tədbirlər müzakirə olunub. Rayon rәhbәri bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən karantin qaydalarının yumşaldılmasına baxmayaraq, koronavirus infeksiyasının qarşısının alınması üçün bir sıra tədbirlərin davam etdirilməsi ilə bağlı vəzifəli şəxslərin qarşısına ciddi tələb qoyulur.

Həmçinin xatırladılıb ki, ölkə başçısının tapşırığı ilə aztəminatlı vә hәssas kateqoriyaya aid ailələrə sovqatların paylanması tam şəffaf vә әhalinin etimadına uyğun şәkildә hәyata keçirilmәlidir. Rayonda bu sahәdә baş vermiş xoşagəlməz halların yolverilməz olduğu qeyd edilib və bir daha tәkrarlanmaması üçün işlərə tam nəzarət olunduğu bildirilib.

Bunlardan әlavә, aztəminatlı ailələri, yaşı 65-dən yuxarı olan vә tənha ahılları daim nəzarətdә saxlamaq nümayәndәlәrә tapşırılıb.

Keçidlər