Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü selin fәsadları aradan qaldırılır - VİDEO

11 may 2020 | 16:00

Bir neçə gündür İsmayıllıda yağan  aramsız  leysan yağışları çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Dəmirçi-Lahıc yolunun birinci kilometrliyində Girdiman çayının Ərəgit kəndindəki hissəsində salınmış körpünün bəndlərinin ətrafı yuyulub, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolundan Sərdahar kəndinə gedən yolun 1.3 kilometrliyində isə torpaq uçqunu baş verib. Yaranmış vəziyyət yollardan istifadəni məhdudlaşdırıb. Problemin aradan qaldırılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hadisə yerlərinə ağır texnika və işçi qüvvələri cəlb olunub. İsmayıllı Suvarma Sistemləri idarəsinin və 5 №-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin əməkdaşları Girdiman çayının yatağında operativ bəndvurma işləri həyata keçiriblər. Sözügedən körpünün bəndləri üzərinə gələn su axının istiqaməti dəyişdirilib, yuyulmuş hissələrdə bərkidmə işləri aparılıb.

Sərdahar yolunun dağılmasına səbəb olan suyun da trayektoriyası dəyişdirilib, uçulmuş hissənin ətəyində bənd qurulur. Yol dağılmış hissədən 3 metr geri çəkilir. İşlərin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Keçidlər