Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda yaşayan ailə respublika müsabiqəsinin qalibi olub

01 iyun 2020 | 16:00

   İsmayıllı ailəsi respublika üzrə keçirilmiş  “Ailəm” müsabiqəsinin qalibidir.Süleymanovlar ailəsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən təşkil olunmuş müsabiqədə iştirak etmiş  23 ailədən biridir və “Ən yaxşı vidomaterial” nominasiyası üzrə birinci yeri tutub.

    Qeyd edək ki, “15 May-Beynəlxalq Ailə Günü”nə həsr olunmuş müsabiqədən məqsəd Prezident İlham Əliyevin koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində elan etdiyi “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, həmçinin xüsusi karantin rejimində ailələrin fəaliyyətini stimullaşdırmaqdır.
       Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva ailəni mükafatlandırmaq üçün evinə baş çəkib. Qurumun sədri Bahar Muradovanın təbrik məktubu, fəxri fərman və qiymətli hədiyyə ailə başçısı Təranə xanıma təqdim edilib. Görüş zamanı İsmayıllı  Rayon İcra Hakimiyyəti, Komitənin İsmayıllıdakı uşaq və ailələrə dəstək mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin nümayəndələri də qalib ailəni təbrik edib, onlara hədiyyələr verib.
        Sonda ailəni qalib edən vidomaterial nümayiş etdirilib.

Keçidlər