Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllılar turizm xidmətlərini inkişaf etdirmək üçün təlimlərə qatılıb-VİDEO

04 iyun 2020 | 16:00

İsmayıllıda turizm üzrə çalışanlar üçün ödənişsiz onlayn təlimlər keçirilir. Rayonun 30-a yaxın mehmanxana və bu tip digər obyekt, həmçinin restoranlarının işçiləri canlı görüntü vasitəsilə bu sahədə xidmətlərin sirlərini öyrənirlər. Təlimlər idarəetmə, qeydiyyat-qəbul, aşpaz, ofisiant və təmizlik xidmətlərini əhatə edir. Məqsəd turizm üzrə peşəkarlığın artırılması və potensialın inkişaf etdirilməsidir. Ümumən 55 nəfərin qatıldığı təlimlər hər gün 35 dəqiqə olmaqla 1 həftə davam edəcək. Sonda iştirakçılar sertifikatla təltif olunacaq.
Təlimçilər rayonun dövlət humanitar və texnologiya kollecinin və peşə tədris mərkəzinin əməkdaşlarıdır.
Qeyd edək ki, rayonda 30-dan çox mehmanxana və bu tip obyekt, 50-dən artıq restoran fəaliyyət göstərir.
Təlim "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən irəli gəlir.
Layihə rayon icra hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi yanında İsmayıllı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Keçidlər