Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı küçələrində asfalt yollar salınır, təmir işləri görülür

24 iyun 2020 | 16:00

İsmayıllı şəhərinin Ruslan Bədəlov küçəsində yol yenidən qurulur. Torpaq yatağı çınqıl ilə örtülüb, kipləşdirilib. Hazırda asfalt döşənir. Yolun uzunluğu 460, eni 6 metrdir.
Rəşid Behbudov küçəsində isə çınqıldan ibarət örtük salınıb, yaxın günlərdə asfalt çəkilişinə başlanması gözlənilir. Yolun uzunluğu 650 metrdir.

Bunlardan əlavə, bir çox küçədə təmir işləri aparılıb, çalalar doldurulub. Bu il 11 küçədə ümumən 31 min 500 kvadratmetr miqyasda asfalt döşənməsi nəzərdə tutulur. Növbəti asfaltlanacaq yol Çaylaq küçəsindədir.

Keçidlər