Şriftin ölçüsü :

Saytın rəngi :

Sulut kəndində səyyar görüş-qəbul

15 sentyabr 2013 | 15:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sentyabr ayının 13-də Sulut kəndində əhali ilə görüşüb. Coşqun Muradəliyev adına Sulut Kənd Yaradıcılıq Evində baş tutan görüş-qəbulda Miradməd Sadıqov həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, kəndin mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. Kənd sakini Vasif Qasımov meşədən odun gətirilməsi ilə bağlı yaranan problemlərdən danışıb. Rasim Mövlamov kənd yolunun işlək olmasını nəzarətdə saxlamaq üçün texnika ayrılmasını xahiş edib. Sulut kənd tam orta məktəbinin direktoru Xurşud Cavadov kənd sakinləri adından başçıya gəldiyi üçün minnətdarlıq edib. Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlaq verilib.

Keçidlər