Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri pandemiyaya qarşı mübarizəni uğurla davam etdirir

30 iyun 2020 | 16:00

İsmayıllıda gənclər koronavirusa qarşı mübarizəyə dair təbliğat aparır, spirt, tibbi maska və əlcək paylayır, sakinlərin əllərini dezinfeksiya edir. İnsanların kütləvilik təşkil etdiyi yerlərdə, o cümlədən bazar və marketlərdə, bankomatların qarşısı, restoran, kafe və parklarda təbliğat-təşviqat vərəqləri yapışdırılır. İşlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin könüllüləri tərəfindən “Bir-birimizi qoruyaq” aksiyası çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, aksiya Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən başlanılıb. AKƏM-in “Könüllü qonşu” aksiyası altında isə gənclər evdən çıxa bilməyən və tək yaşayan İsmayıllı sakinlərinə, o cümlədən ahıllara dəstək olur.

 

Keçidlər