Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb açılışları

17 sentyabr 2013 | 15:00

İsmayıllı rayonunda 4 məktəbin təhsil işçiləri bu il yeni tədris ilini yeni məktəblərdə qeyd ediblər. Yeniyol, Mücü, Müdrü kəndlərində 80, Pirəbilqasım kəndində isə 40 şagird yerlik məktəblər istifadəyə verilib. Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbinin açılış mərasimində çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğısından danışan millət vəkili Novruz Aslanov, həmçinin son illər İsmayıllı rayonunda təhsil sahəsində qazanılan nailiyyətləri müsbət qiymətləndirib. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov bildirib ki, əvvəlkı illərlə müqayisədə bu il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər. O söyləyib ki, bu il abituriyentdən 320 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-dən artıq bal toplayıb.
Məktəbdə sinif otaqları ilə yanaşı, kitabxana, müəllimlər, kompüter otağı, idman və akt zalı şagird və müəllimlərin ixtiyarına verilib. Həyətində idman meydançası, içməli su və transformator yarımstansiyası nəzərdə tutulub. Açılış mərasimində iştirak edənlər göstəricilər üzrə yüksək nəticələrin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndirəndirərək bu uğurun qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildiriblər.

Keçidlər