Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq işləri davam edir

20 avqust 2020 | 16:00

İsmayıllıda küçələrin asfaltlanması işləri görülür. Hal-hazırda uzunluğu 0.5 kilometr, eni 6 metr olan Əli bəy Hüseynzadə küçəsində (keçmiş Mican kəndi) asfalt örtüyü çəkilir. Əvvəlcə yola 16 santımetr qalınlığında çınqıl döşənir və kipləşdirilir. Daha sonra 7 santımetr qalınlığında asfalt qatı vurulur.

Şəhərin küçələrində ümumən 30 min kvadrat metrə yaxın yolda asfalt-beton örtüyü çəkilib, 2900 kvadrat metr isə çala təmir işləri görülüb.

Daha 8700 kvadrat metr asfaltın döşənməsi planlaşdırılıb. İşlərin qısa zamanda yekunlaşması nəzərdə tutulub.

Məsələyə dair fotoreportajı təqdim edirik:

 

Keçidlər