Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • İsmayıllıda 31 mart Azərbaycanlıların soyqı...

    İsmayıllıda 31 mart Azərbaycanlıların soyqırımı günü kütləvi hüzn mitinqi ilə qeyd edildi.

    2016-03-31

    Vaxtilə Şamaxı və Göyçay qəzaları arasında bölünmüş indiki İsmayıllı rayonu da tarixi düşmənlərimizin –ermənilərin törətdiyi soyqırım hadisələrinə məruz qalmış, çoxsaylı insan, çoxmilyonlu maddi itkilər vermişdir. Tircan kəndində 360,Mücü kəndində 230, Bizlan kəndində 200 nəfəri dünya terrorizminin əsasını qoyan ermənilər qətlə yetirmişlər. Sərdahar, Zərnəva, Xankəndi, Maçaxı, Tağlabiyan, Kəlfərəc, Qıçatan, Sulut və Zeyvə kəndlərii də daxil olmaqla 1029 nəfər soyqırıma məruz qalmışdır. Komissiya imkan tapıb Göyçay qəzasına daxil olan kəndlərdəki qətliamları tədqiq edə bilməyib. Lakin həmin ərazidə də ermənilər ağlagəlməz vəhşiliklər törədiblər.

  • Soyqırımı günü kəndlərdə də qeyd edilmiş...

    Soyqırımı günü kəndlərdə də qeyd edilmişdir

    2016-03-31

    31 mart 2016-cı il tarixdə İsmayıllı RİH başçısının Basqal qəsəbə, Tircan və Hacıhətəmli kənd İƏD üzrə nümayəndəliklərində “31 mat” soyqırım gününə həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilmiş tədbirlərdə İƏD üzrə nümayəndəliklər ərazisində yaşayan ziyalılar, ağsaqqallar, yeniyetmə və gənclər, o cümlədən məktəblərin müəllim və şagird kollektivləri iştirak etmişlər.

  • Səyyar görüş-qəbullar keçirilib

    Səyyar görüş-qəbullar keçirilib

    2016-03-30

    İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun əhali ilə görüşləri ənənə halını alıb. Belə sayar görüş-qəbullardan biri 29 mart 2016-cı il tarixdə Ağbulaq kəndində baş tutub. Görüş zamanı mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Digər qəbul Qurbanəfəndi kəndində reallaşıb. Kənd sakinləri ilə görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Hər iki qəbulda əhalinin müraciətlərini dinləyən M.Sadıqov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

  • RİH başçısı yanında Şura iclası keçirilib

    RİH başçısı yanında Şura iclası keçirilib

    2016-03-30

    30 mart 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. İclasda dövrü və cari məsələlər müzakirəyə çıxarılmışdır. Tədbirdə Şura üzvləri, idarə, müəssisə rəhbərləri, aidiyyəti şəxslər iştirak ediblər. İclası Şuranın sədri, RİH-nin başçısı Mirdaməd Sadıqov açıq elan edib. İlk öncə Şura üzvlüyünə dəyişikliklə bağlı məlumat verən M.Sadıqov Rayon Polis Şöbəsinə yeni təyin olunmuş rəis Telman Ağasıyevin namizədliyini təklif etmişdir. Yekdil səs qazanan T.Ağasıyev şuraya üzv seçilmişdir.

  • Daşkəsən, Goranboy və Naftalan məktəbliləri...

    Daşkəsən, Goranboy və Naftalan məktəbliləri İsmayıllıda

    2016-03-24

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiya layihəsi çərçivəsində respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətləri təşkil edilir. 24 mart 2016-cı il tarixində Tur-aksiya çərçivəsində Daşkəsən, Goranboy və Naftalan rayonun 120 nəfər şagirdi İsmayıllı rayonunda oldular. Qonaqlar İvanovka kəndində, rayonun müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Sarayı də tanış oldular.

  • “Dağ çiçəkləri” ədəbi məclis üzvləri...

    “Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə daha bir görüş keçirilib

    2016-03-23

    Son illər İsmayıllıda ədəbi bir mühit formalaşıb, mənəvi sahəyə, yaradıcı insanlara rayon rəhbərliyi tərəfindən diqqət və qayğı gücləndirilib. Kitab müzakirələri, şair və yazıçılarla, elm adamları ilə görüşlər müntəzəm xarakter daşımaqla, gənclərin mənəvi və intelektual inkişafında əhəmiyyətli rol oynamağa əsas verib. Martın 23-də Rayon Mədəniyyət Sarayında “Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə keçirilən növbəti görüş xarakteri və məzmunu etibarı ilə yaddaqalan olub.

  • İsmayıllıda şair Maarif Soltanın 60 illik yub...

    İsmayıllıda şair Maarif Soltanın 60 illik yubleyi qeyd olunub

    2016-03-22

    İstedadlı şair Maarif Soltanın 60 illik yubileyi doğulduğu İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Mayası zəhmətdən, halallıqdan yoğrulmuş Maarif Soltan uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. O, yaratdığı poetik nümunələrlə çoxlu sayda oxucu kütləsi qazanıb. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.”Dünya işıqla dolu”, “Dünyama açılan qapı” və s. kitabların, bir çox tərcümə əsərlərinin müəllifi, “Qobustan” jurnalının baş redaktor müavinidir. Şeirləri bir çox dillərə tərcümə olunub, nüfuzlu ədəbi jurnallarda, antologiyalarda dərc olunub. Bir neçə beynəlxalq ədəbi mükafatla mükafatlandırılıb.

  • İsmayıllıda Novruz bayramı

    İsmayıllıda Novruz bayramı

    2016-03-21

    20 mart 2016-cı il tarixdə milli Novruz bayramı İsmayıllıda təntənəli şəkildə qeyd olunub. Geniş, məzmunlu və əhatəli ssenari əsasında hazırlanmış bayram şənliyi bəzədilmiş faytonların, musiqiçilərin müşayiəti altında şəhərin küçələrini gəzməklə, carçıların əhalini bayram tədbirinə dəvəti ilə başlayıb. Milli ruhda bəzədilmiş Mərkəzi Meydana 5000-dən çox tamaşaçı yığışmışdı. Əl işlərindən, sənətkarlıq nümunələrindən, sənaye və kənd təsərrüfatı məhsullarından, milli kulinariyadan ibarət sərgiyə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri maraqla tamaşa ediblər.

  • Kəndlərimizdə Novruz bayramı qeyd edilir.

    Kəndlərimizdə Novruz bayramı qeyd edilir.

    2016-03-18

    Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq insanların mənəvi dünyasına yeni zənginlik gətirmişdir. Nəticədə xalqımızın milli-mənəvi dəyərləri hər bir vətəndaşın qeyri-maddi mədəni sərvətinə çevirmişdir.

  • Novruz bayramı ərəfəsində “Yaşıl bazar”...

    Novruz bayramı ərəfəsində “Yaşıl bazar”da yarmarka

    2016-03-18

    Yeniliyi, müasirliyi, abadlığı ilə ismayıllı sakinlərində razılıq yaradan “Yaşıl bazar”da 18 mart 2016-cı il tarixdə bayram yarmarkası təşkil olundu. Buraya N.Nikitin adına kolxoz, kənd təsərrüfatı istehsalının müxtəlif sahələrində çalışan fermerlər öz məhsullarını çıxarmışdılar.

  • Multikulturlizm ili  çərçivəsində elmi konfra...

    Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib.

    2016-03-17

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bununla bağlı İsmayıllı rayonunda da müxtəlif xarakterli tədbirlər icra olunur. Martın 17-də rayonda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindədir” mövzusunda elmi konfrans keçirilib.

  • II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklo...

    II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı

    2016-03-16

    14-16 mart tarixlərində Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində MİRAS ictimai birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilmişdir. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin kollektivi də iştirak etmişdir.

  • İsmayıllıda  VKC karate  idman növü üzrə Re...

    İsmayıllıda VKC karate idman növü üzrə Respublika çempionatı

    2016-03-14

    Rayon İcra Hakimiyyətinin diqqətinin nəticəsi olaraq İsmayıllı Olimpiya İdman Kompleksi gündəlik fəaliyyətdədir və müxtəlif idman növləri üzrə Respublika yarışları, təlim -məşq toplantıları üçün də bura məkan seçilir.

  • İsmayıllı komandası  “ Xəmsə” Milli inte...

    İsmayıllı komandası “ Xəmsə” Milli intelektual oyunu üzrə zona yarışında birinci oldu.

    2016-03-14

    14 mart 2016-cı il tarixdə Şamaxı şəhərində “Xəmsə” milli intellektual oyunları üzrə VII Azərbaycan çempionatı çərçivəsində Dağlıq Şirvan üzrə zona mərhələsi keçirilib.

  • “Fəal ol” bələdiyyə üzvü qadınlarla  t...

    “Fəal ol” bələdiyyə üzvü qadınlarla təlim keçirildi.

    2016-03-14

    14 mart 2016-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadın Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyni ilə birgə “Fəal ol” təbliğat kitabçasının təbliği məqsədi ilə bələdiyyə üzvü olan qadınlarla təlim keçirmişdir.

  • Kooperasiya haqqında qanun layihəsi geniş müza...

    Kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.

    2016-03-12

    11 mart 2016-cı il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimovun rəhbərliyi ilə bir qrup Milli Məcilis üzvlərinin iştirakı ilə kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.

  • İsmayıllı Rayon İcra Hakimiyyətinin   BƏYANA...

    İsmayıllı Rayon İcra Hakimiyyətinin BƏYANATI

    2016-03-08

    Son günlər İsmayıllı şəhər sakini I qrup ümumi səbəbdən əlil olan Şahməmmədov Rasim Eldar oğlu İsmayıllı Rayon İcra Hakimiyyətindən qovulduğu və müraciətlərinə baxılmaması barədə bir sıra KİV-lərə müsahibələr vermiş, həmin KİV-lər tərəfindən vətəndaşın dediklərini araşdırmadan İsmayılı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı “qara piar” kompaniyasına başlanmışdır. Məsələnin bir başa olaraq vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar olduğuna və İcra Hakimiyyətinin bu sahədə fəaliyyətinə kölgə saldığına görə münasibət bildirməyi özümüzə borc bilirik.

  • 8 Mart Beynəlxalq Qadınlar günü münasibətil...

    8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri

    2016-03-07

    İsmayıllıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri ilk olaraq Rayon İcra Hakimiyyətinin akt zalında oldu. Şəhid ailələrindən olan xanımları RİH başçısı Mirdaməd Sadıqov təbrik edərək onlara can sağlığı uzun ömür arzuladı. Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. Rayonun İctimai –mədəni həyatında fərqlənən 150 nəfər xanımının iştirak etdiyi bayram tədbiri Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikinin oxunması ilə başlandı.

  • İsmayıllıda “Bədən tərbiyəsi və idman  g...

    İsmayıllıda “Bədən tərbiyəsi və idman günü” qeyd edildi.

    2016-03-05

    2015-ci il “Gənclər paytaxtı” seçilmiş İsmayıllının idmançıları üçün də uğurlu olub. Sambo və cüdo üzrə iki nəfər idmançı qız Avropa oyunlarında iştirak edib, poverliftinq üzrə bir nəfər Dünya çempionu, karate üzrə bir idmançı Avropa çempionu titulunu qazanıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları Respublika yarışlarında uğurla çıxış ediblər. 13 yaşlı qızlardan ibarət rayonun futbol komandası Respublika yarışında birinci yer tutub.

  • İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırm...

    İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu mütəşəkkil keçir.

    2016-03-05

    Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə rayonumuzda 30 mindən artıq ağac əkilməsi nəzərdə tutulmuş, hal-hazıradək isə 10 mindən artıq ağac əkilməsi həyata keçirilmişdir. Əkiləcək ağacların 20 min ədədi İsmayıllı şəhəri və magistral yolların kənarlarında, qalan 10 min ədədi isə bələdiyyə ərazilərində əkiləcəkdir.

  • 1 saylı  uşaq bağçası – körpələr evinin ...

    1 saylı uşaq bağçası – körpələr evinin təşkil etdiyi “Anaları təbrik edək” adlı tədbiri

    2016-03-05

    8 Mart – Beynəlxalq Qadınlar bayramı ölkəmizin hər yer bir bölgəsində, o cümlədən İsmayıllıda Dövlət qayğısının təzahürü olaraq məzmunlu və maraqlı tədbirlərlə qeyd olunur. 05 mart 2016-cı il tarixində uşaq kitabxanasında şəhər 1 saylı uşaq bağçası – körpələr evinin təşkil etdiyi “Anaları təbrik edək” adlı tədbiri də daha seçimlər sırasına yazıldı.

  • Yaponiya-Azərbaycan dostluğunun İsmayıllı ist...

    Yaponiya-Azərbaycan dostluğunun İsmayıllı istiqaməti

    2016-03-04

    Yaponiya-Azərbaycan dostluğu əsasında İsmayıllı rayonunun İto şəhəri ilə qardaşlaşması hər iki tərəf üçün arzuolunan nəticələr verir. Təhsil, mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığa uyğun olaraq qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri qarşılıqlı səfərlər edirlər.

  • ABŞ səfirliyinin əməkdaşları İsmayıllı ş...

    ABŞ səfirliyinin əməkdaşları İsmayıllı şəhər 1 saylı orta məktəbdə.

    2016-03-03

    2016-cı il fevral ayının 29-dan mart ayının 5-dək Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Respublikamızda “İngilis dili həftəsi” keçirilir. Bu məqsədlə 3 mart 2016-cı il tarixdə səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və regional ingilis dili proqramları üzrə mütəxəssis Kevin Makkogi İsmayıllıya səfər ediblər.

  • Velosiped idman növü üzrə rayon birinciliyi ke...

    Velosiped idman növü üzrə rayon birinciliyi keçirilib

    2016-03-02

    2 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompileksində "5 mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş Velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirib.

  • “1 mart Beynəlxalq Mülki Müdafiə günü” i...

    “1 mart Beynəlxalq Mülki Müdafiə günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

    2016-03-01

    1 mart 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə və başqa obyektlərdə “1 mart Beynəlxalq Mülki Müdafiə günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

əvvəlki [27] növbəti