Şriftin ölçüsü :

Saytın rəngi :

Göytəpə kəndində sakinlərlə görüş

28 sentyabr 2013 | 15:00

Sentyabrın 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Göytəpə kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş keçirib.
Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. M.Sadıqov çıxışında, ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olduğunu bildirib. Bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib.
Kənd Sakini Nərman Baratov işıq dirəklərində yaranan nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görlməsini xahiş edib.
Aybəniz Mirzəliyeva məktəbdə su probleminin olduğunu deyib. Eyni zamanda kənddə internetə çıxışın olmadığını bildirib.
Kənd sakinlərinin qayğıları və problemlərinin həlli ilə əlaqər göstərişlər verilib.
Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Keçidlər