Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda avtomobil yolları cari təmir olunur

10 sentyabr 2020 | 16:00

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 26-28-ci kilometrliyində təmir işləri həyata keçirilir. Hazırda yolun bir hissəsinə asfalt döşənib. Ümumilikdə 4530 m2 sahədə 7 santimetr qalınlığında asfalt döşənəcək.

Bildiririk ki, Avtomobil yolunun Ə.Ələkbərzadə küçəsi də daxil olmaqla ümumilikdə 3,3 kilometrdə yolun çiyin hissələri son vaxtlar yağan leysan yağışlarının yaratdığı sel sularının təsirindən yuyularaq yararsız vəziyyətə düşmüşdür. Həmin ərazidə çınqıl örtüyün tikintisi və asfaltlama işləri vətəndaşların müraciəti ilə plandan kənar görülür.

İşlər rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “9 nömrəli Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.

Növbəti mərhələdə Sumağallı-Qalacıq və İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yollarında cari təmir işlərinin görülməsi nəzərdə tutulub.

 

Keçidlər