Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz məktəblilər!

15 sentyabr 2020 | 16:00

Hər bir ölkənin və rayonun sosial iqtisadi inkişafında təhsil aparıcı yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Bunu nəzərə alan Prezidentimiz cənab İlham Əliyev və ölkəmizin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. İsmayıllı rayonunda yeni məktəblər tikilir, əsaslı təmir edilir, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilir.

Bildirmək istəyirəm ki, bu il İsmayıllı təhsili çox böyük nailiyyətlər əldə edib, 21 nəfər abituriyentimiz bizi sevindirərək 600 dən yuxarı bal toplayıb. 7 məzunumuz qızıl və gümüş medala namizəddir.

Bu dərs ilində 11-ci sinfi bitirən 715 məzundan     420-i ali məktəblərə sənəd verib, 323 nəfəri qəbul  üçün müsabiqə şərtlərini ödəyib tələbə adı qazanıblar. 5 nəfər XI sinif şagirdi isə Respublika Fənn Olimpiadalarının final turunda qalib gəldiyi üçün birbaşa tələbə adını qazanıb.

Siz müəllimlərin və şagirdlərin sayəsində bundan sonra da İsmayıllının təhsil uğurları davam edəcəkdir. Bu ilki dərs iliniz pandemiya dövrünə təsadüf edir. Buna baxmayaraq inanıram ki, yüksək nəticə əldə edəcək və əla qiymətlər alacaqsınız. Gələcəkdə hər biriniz vətənimizin layiqli vətəndaşına çevriləcək və dövlətimizin inkişafına öz töhfələrinizi verəcəksiniz.
Əziz müəllimlər və məktəblilər!
Mən sizilərin hər birini yeni dərs ilinin başlaması və “Bilik günü” münasibətilə təbrik edirəm, sağlam həyat və uğurlu gələcək  arzulayıram”.

Keçidlər