Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülərin Dizayn Sammiti keçirilib

21 sentyabr 2020 | 16:00

İsmayıllıda “Region Könüllülərin Dizayn Sammiti” layihəsinin onlayn olaraq zoom üzərindən rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır” gənclərin fərdi qrant müsabiqəsi qalibi kimi keçirilən layihədə dizayn proqramları (Photoshop, illustrator, Premier və s) ilə bağlı praktiki təlimlər təşkil ediləcəkdir. Layihənin təlim və praktiki mərhələsini uğurla yekunlaşdıracaq iştirakçılara təşkilat komitəsi tərəfindən sertifikat və dəyərli hədiyyələr ilə mükafatlandırılacaqdır.

Layihəyə qatılmaq istəyən gənclər (051) 4224900 telefon nömrəsi əlaqə saxlaya və yaxud İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin facebook (www.facebook.com/iiok.az) səhifəsinə müraciət edə bilərlər.

 

Keçidlər