Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı zəfər salnaməsinə adlarını yazmış İsmayıllı qəhrəmanları təltif olunub

16 dekabr 2020 | 16:00

Xalqımız Vətən Müharibəsinin qələbəsini tarixin səhifəsinə öz qanları ilə əbədi həkk edənləri heç zaman unutmayacaq. Onların amalı vətəni düşməndən azad etmək, yurdumuzun hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq idi və buna nail olundu.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbədən artıq bir aydan çox vaxt keçir. Vətənin  mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızdan qovdular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Şanlı qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit, gizir və əsgərlərimizdən şəhidlərimizdə oldu, qazilərimizdə.

Şanlı qələbənin qazanılmasında İsmayıllı rayonundan neçə-neçə oğullarımız cəngavərlikləri ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsinə öz adlarını yazdılar. Vətən uğrunda vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş qəhrəmanlarımız Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə orden və medallara layiq görülüblər.

İsmayıllı qeydiyyatında olan orden və medal almış qəhrəmanların siyahısını diqqətinizə təqdim edirik.
                              “Vətən uğrunda” medalı
1. Qədirov Kamran Vaqif oğlu – Polkovnik leytenant – Gəraybəyli kəndi
2. Hacıyev Rəşad Qurban oğlu – Mayor – Gəraybəyli kəndi
3. Həşimov Həşim Əzim oğlu – Mayor – İsmayıllı şəhəri
4. Novruzov Vüqar Əliağa oğlu – Mayor – İsmayıllı şəhəri
5. Mürsəliyev Sübhi Balamirzə oğlu (ölümündən sonra) – Mayor- Qurbanəfəndi kəndi
6. Əhmədov Famil Ağaəhməd oğlu (ölümündən sonra) – Baş leytenant – İsmayıllı şəhəri
7. Məmmədov Cavad Səfiyar oğlu (ölümündən sonra)- Baş leytenant – Qalagah kəndi
8. Yusifov Ramil Mürşid oğlu (ölümündən sonra)- Baş gizir – Ağbulaq kəndi
9. Qəfərov Saməddin Rasim oğlu (ölümündən sonra) – Gizir – Qubaxəlilli kəndi
10. Səlimzadə Kənan Məmiş oğlu (ölümündən sonra) – Gizir – Qubaxəlilli kəndi
11. Həmzəyev Novruz Bəkir oğlu (ölümündən sonra) – Gizir – İsmayıllı şəhəri
12. Məmmədzadə Cahan Saleh oğlu (ölümündən sonra) – Gizir – Təzəkənd kəndi
13. Nəcəfov Fuad Taleh oğlu (ölümündən sonra) – Miçman – Qalınçaq kəndi
14. Məmmədli Əşrəf Elman oğlu (ölümündən sonra) –Kiçik gizir – Maçaxı kəndi
15. Musayev Ramil Aydın  oğlu (ölümündən sonra) –Kiçik gizir – İsmayıllı şəhəri
16. Dəmirov Vüsal Aydın oğlu (ölümündən sonra) – Çavuş – İsmayıllı şəhəri
17. Abdullayev Həsən Aydın oğlu (ölümündən sonra) – Çavuş - İsmayıllı şəhəri (Qarabağ qəsəbəsi)
18. Həsənquliyev Nicat Aydın oğlu (ölümündən sonra) – Kiçik çavuş – İsmayıllı şəhəri (Qarabağ qəsəbəsi)
19. Məmmədov Xəyal Arif oğlu (ölümündən sonra) – Kiçik çavuş – Qubaxəlilli kəndi
20. Ağazadə Emin Valik oğlu (ölümündən sonra) – Əsgər- Kürdmaşı kəndi
21. Əliyev Fərid Hamlet oğlu (ölümündən sonra) – Əsgər- Kürdmaşı kəndi
22. Məmmədli Cəmil Habil oğlu (ölümündən sonra) – Əsgər – İsmayıllı şəhəri
23. Mirzəliyev Aqil Mehman oğlu (ölümündən sonra) –Əsgər – İsmayıllı şəhəri
24. Osmanlı Teymur Saday oğlu (ölümündən sonra) – Əsgər – Cülyan kəndi
25. Lətifov Orxan Xancan oğlu (ölümündən sonra) – Əsgər – Diyallı kəndi
26. Şıxızadə Tural Ətraf oğlu (ölümündən sonra) – Əsgər – Diyallı kəndi
27. Babayev Kamal Eynulla oğlu (ölümündən sonra) – Əsgər – Xanagah kəndi
28. Hüseynzadə Səməd Səttar oğlu (ölümündən sonra) - Əsgər – Talıstan kəndi
29. Şirinov Etibar Fazil oğlu (ölümündən sonra) – Əsgər – İvanovka kəndi
30. Rəcəbalıyev Tural Həmid oğlu (ölümündən sonra)- Əsgər – Qalınçaq kəndi
31. Müseyibli Ülvi Şakir oğlu – (ölümündən sonra) - Əsgər – Xəlilli kəndi
32. Qənbərli Taleh Abil oğlu - (ölümündən sonra) - Əsgər – Quşencə kəndi

Azərbaycan Bayrağı ordeni

1.Qədirov Mehmar Möhüb oğlu – Mayor – Lahıc qəsəbəsi
2.Babayev Elşən Elşad oğlu – Baş leytenant – İsmayıllı şəhəri
3. Mirzəliyev Sənan Radil oğlu – Baş leytenant – İsmayıllı şəhəri
    
3-cü dərəcəli vətənə xidmətə görə orden
1. Müslümov Xəyal Fikrət oğlu – polkovnik-leytenant- Gəraybəyli kəndi

Keçidlər