Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işçilərinin peşə bayramı

02 noyabr 2013 | 16:00

Yığıncaqdan əvvəl  Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, kənd təsərrüfatı işçiləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd təsərrüfatı işçilərinin bayramını təbrik edib və bu gün kənd təsərrüfatında qazanılan uğurların ümummilli lider Heydər Əliyevin təsərrüfat siyasəti ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Daha sonra təsərrüfat ilinin yekunları təhlil edilərək bildirilib ki, cari ilin məhsulu üçün ötən ilin payızında 29728 hektar sahədə dənli paxlalı bitkilər əkilib. Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min ton çox, 80478 ton taxıl istehsal olunub. Hər hektarın məhsuldarlığı 27,1 sentner olub. Məhsuldarlıq əvvəılki illə müqayisədə 4,6 sentner artıb. Bildirilib ki, hal-hazırda rayon üzrə 859 hektar üzüm, 975 hektar meyvə bağları mövcuddur.  Eyni zamanda rayon “Aqrolizinq” xəttilə 60 ədəd yeni texnika ilə təmin olunub. Bunun nəticəsi olaraq cari ildə taxıl biçini 15 gün ərzində başa çatdırılıb. Bundan başqa rayona güzəştli qiymətlərlə azot gübrəsi və yüksək reproduksiyalı taxıl sortları gətirilib.
Hal-hazırda aqrar sahədə yeni iş yerlərinin açılması, istehsal  müəssisələrinin yaradılması istiqamətində işlər davam edir. İştirakçılar aqrar sahənin inkişafını əks etdirən filmə tamaşa ediblər.
Tədbirdə bir qrup təsərrüfat işçilərinə kənd təsərrüfatında qazanılan uğurlara görə fəxri fərmanlar təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.

Keçidlər