Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı ictimaiyyətinə ağır itki baş verib

19 yanvar 2021 | 16:00

Əməkdar elm xadimi, İqtisad Universitetinin prorektoru, Azərbaycan təhsilində öz sözünü demiş, hər kəsin sevimlisi tanınmış dövlət xadimi, professor, İsmayıllı rayonun sabiq İcra başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu dünyasını dəyişib.

M.Sadıqov 01.09.1950-ci ildə  İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

O, 2013-2020-ci illərdə İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. M.Sadıqov  buna qədər müxtəlif vəzifələrdə işləmişdir.

2020-ci ildə Prezidentin Sərəncamı ilə “Şöhrət” ordeni ilə  təltif edilmişdir.
Mirdaməd müəllimin vaxtsız vəfatından kədərləndiyimizi bildirir, İsmayıllı Rayon İcra Hakimiyyəti və ictimaiyyəti adından ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Keçidlər