Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayrağım – and yerim”

07 noyabr 2013 | 16:00

05 noyabr 2013-cü il tarixdə saat 10 00 –da Heydər Əliyev Mərkəzində “9 noyabr –Dövlət Bayrağı Günü” münasibəti ilə “Bayrağım – and yerim” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqədə 25 məktəbdən  41 şagird iştirak etmişdir. Gənclər və idman idarəsi tərəfindən kodlaşdırılmış dəftərlər müsabiqə iştirakçlarına paylanmışdır. Verilən bir saat ərzində şagirdlər yazılarını uğurla başa vurmuşdur. İnşaların yoxlanması ilə İsmayıllı rayon Təhsil şöbəsinin təyin etdiyi müəllim heyəti məşğul olmuşdur.
Müsabiqədə I, II və III yerlərin qalibləri Gənclər və İdman idarəsinin qiymətli hədiyyələri və diplomları ilə təltif olunmuşlar.

Keçidlər