Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • 2 fevral Gənclər günü İsmayıllıda uğurlar ...

    2 fevral Gənclər günü İsmayıllıda uğurlar ilinin yekunu kimi qeyd olunub

    2016-02-01

    Gənclərin fəallığının və uğurlarının təbliğinin nəticəsi olaraq İsmayıllı 2015-ci il üçün “Azərbaycanın gənclər paytaxtı”seçilmişdi. Gənclər paytaxtı çərçivəsində bir sıra Respublika tədbirləri üçün məkan İsmayıllı seçilib.”Gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda Beynəlxalq Gənclər Forumu, “Etno-irs” layihəsi, gənc jurnalistlərin, gənc politoloqların, “İrəli” gənclər təşkilatının, gənclərlə bağlı bir sıra QHT-lərin layihələri burada reallaşıb. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə ixtisas təhsili olmayan gənclər üçün “Gənc təsərrüfatçılar məktəbi” təsis edilib, “İnnovasiya mərkəzi” yaradılıb. İdarəetməyə gənclərin daha çox cəlbinə diqqqət yetirilib. İsmayıllı gəncləri öz bayramlarını- Gənclər gününü qeyd etməyə bu və digər çoxsaylı uğurlarla gəlmişdilər.

  • Kollecin Tələbə Gənclər Təşkilatı mükafat...

    Kollecin Tələbə Gənclər Təşkilatı mükafatlandırılıb

    2016-01-31

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 nömrəli Qərarı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılmışdır. 1 il sonra isə kollecin Tələbə Gənclər Təşkilatı yaradıldı və keçən müddət ərzində aktiv fəaliyyət göstərib. 2015-ci il uğurlu fəaliyyətinə görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatı Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təltifləndirilmişdir. .

  • İsmayıllı Mədəniyyət və Turizm Nazirliyinin...

    İsmayıllı Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyi fərqlənən tədbirlə qeyd edilib

    2016-01-30

    İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliynini yaranmasının 10 illiyini fərqlənən, orijinal bir tədbirlə qeyd etdi. Yeni yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya-kreativ qrupu”nun təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin foyesində yerli rəssamların, bədii tərtibatçıların, qrafika ustalarının, xalq sənətkarlarının, xalçaçıların əsərlərindən, əl işlərindən ibarət zəngin sərgi düzəldilmişdi. İştirakçılar əvvəlcə hər tərəfi əhatə edən sərgiyə baxdılar. Tədbiri koordinasiya-kreativ qrupun üzvü, Heydər Əliyev Mərkəzinin əməkdaşı Qönçə Ağazadə açaraq tədbirin mahiyyətindən danışdı, mədəniyyət və turizm işçilərini təbrik etdi.

  • Şura iclası keçirilib

    Şura iclası keçirilib

    2016-01-30

    29 yanvar 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib. İclasda 2016-cı il büdcəsində rayonun abadlaşdırılması məqsədilə nəzərdə tutulmuş vəsaitdən istifadə istiqamətlərinin müəyyənləşdirilməsi və işin icrası zamanı ictimai nəzarətin təmin olunması, RIH başçısının İƏD üzrə nümayəndəliklərinin 2015-ci ildə gördüyü işlərə dair keçirilmiş hesabat yığıncaqlarının yekunları, icarəyə verilən ticarət sahələrinin qiymətlərinin mövcud qanunvericiliyə uyğunlaşdırılması və digər cari məsələlər müzakirə edilmişdir.

  • Binəqədi və İsmayıllı bələdiyyə şuralar...

    Binəqədi və İsmayıllı bələdiyyə şuraları arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb

    2016-01-29

    Yanvarın 29-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayonunun bələdiyyələri və İsmayıllı bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalanıb.

  • Qurbanəfəndi kəndinə təbii qaz verilmişdir

    Qurbanəfəndi kəndinə təbii qaz verilmişdir

    2016-01-28

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, yanvarın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. İsmayıllı rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 243 abonenti olan Qurbanəfəndi kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 12455 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

  • Kənd təsərrüfatı məhsullarının satış yar...

    Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib

    2016-01-23

    23 yanvar 2016-cı il tarixdə İsmayıllı şəhərində inşası başa çatdırılmış “Yaşıl Market” ticarət kompleksində növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Yarmarkada fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları istehsal etdikləri bütün növ kənd təsərrüfatı məhsullarının satışını həyata keçiriblər. Əhaliyə təklif edilən məhsulların dəyəri bazar qiymətlərindən 25-30% aşağıdır.

  • İsmayıllı rayon İcra Hakimiyyətində iqtisadi...

    İsmayıllı rayon İcra Hakimiyyətində iqtisadi və sosial məsələlərin həllinə həsr olunmuş müşavirə keçirilmişdir

    2016-01-23

    Rayon İcra hakimiyyəti qiymətlərin tənzimlənməsində, böhranlı vəziyyətdən çıxmaqda, istehlak bazarında qayda yaradılmasında inzibati yolla getmir, iqtisadi tədbirlərə, istehsalın artımının təşkilinə, maarifləndirmə işinin aparılmasına daha çox üstünlük verir. 23 yanvar 2016-cı il tarixdə RİH-də “18 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirə və rayonun iqtisadiyyat, maliyyə qurumları, icra strukturları, yerli özünüidarəetmə təşkilatları qarşısında duran vəzifələr” mövzusunda keçirilən geniş tərkibli müşavirə də məhz bu məqsədə xidmət edirdi.

  • İsmayıllı Dövlət Humanitar və Texnologiya Ko...

    İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə görüş

    2016-01-22

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi ilə görüş keçirib. Görüş zaman M.Sadıqov tələbələrin və müəllimlərin sosial və təhsil problemləri ilə maraqlanmış, bu problemlərin həlli istiqamətində işlər görüləcəyini qeyd etmişdir. Eyni zamanda fikir mübadilələri aparılmış, təkliflər dinlənilmişdir.

  • Şəhidlər xiyabanının ziyarəti, 20 yanvara h...

    Şəhidlər xiyabanının ziyarəti, 20 yanvara həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi.

    2016-01-20

    20 yanvar 2016-cı il tarixdə səhər saat 8-dən başlayaraq ümumxalq hüzn gününə uyğun musiqi səsləndirilib.Yeni quraşdırılmış monitorda 20 yanvar dəhşətlərini və faciəyə qarşı çıxan xalqımızın dəyanətini, vətənpərvərliyini əks etdirən filimlər yayımlanıb. Dövlət bayraqları endirilib. Qanlı yanvarın məhrumiyyətlərinə dözüb, sinə gərib ölkəsinin müstəqilliyinə nail olan Azərbaycanın dövlətə sədaqəti, vətənə məhəbbəti ilə seçilən İsmayıllı rayon sakinləri Heydər Əliyev prospekti boyu yürüşə qoşularaq Şəhidlər xiyabanını ziyarət ediblər. Məzarlar al qərənfillərə bələnib. Şəhidlərin ruhuna Quran oxunub.Məscidlərdə ümumxalq hüzn gününə uyğun mərasimlər keçirilib.

  • İƏD üzrə nümayəndəliklərdə anım mərasim...

    İƏD üzrə nümayəndəliklərdə anım mərasimləri keçirilmişdir.

    2016-01-20

    Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərinin Tədbirlər Planına əsasən qəsəbə və kəndlərdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir. 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, dəyirmi masalar keçirilmiş və nümayəndəliklərin ərazisində olan şəhid məzarları ziyarət edilərək şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

  • 20 yanvar faciəsinin 26-cı il dönümü ilə əl...

    20 yanvar faciəsinin 26-cı il dönümü ilə əlaqədar “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi

    2016-01-18

    İsmayıllı rayon İcra hakimiyyəti Heydər Əliyev Mərkəzində “20 yanvar hadisələrinə ilk etiraz edən də, ilk siyasi qiymət verən də ümummilli liderimiz Heydər Əliyev olub” mövzusunda “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsini keçirib.

  • “Qanlı tarix unudulmur!” mövzusunda yeniyetm...

    “Qanlı tarix unudulmur!” mövzusunda yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi

    2016-01-18

    18 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi Heydər Əliyev Mərkəzi ilə birgə “20 yanvar-Ümumxalq Hüzn Günü”-nə həsr olunmuş “Qanlı tarix unudulmur!” mövzusunda yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil etdi.

  • 20 yanvar şəhidləri yad edilib

    20 yanvar şəhidləri yad edilib

    2016-01-18

    İsmayıllı rayon Telekominukasiya idarəsində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə iştirak edən Rayon İcra hakimiyyəti aparatının məhsul işçisi Şahin Hüseynov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 25 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdləri geniş miqyas almışdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdir. Həmçinin də 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmaması” qənaətinə gəlimişlər. Ardınca Azərpoçt MMC-nin İsmayıllı poçt filialının müdiri Şöhbət Pənahov, İsmayıllı Telekommunikasiya Qovşağının nümayəndəsi Elxan Əliyev və digərləri çıxış etmişlər.

  • 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunm...

    20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi

    2016-01-17

    17 yanvar 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Olimpiya İdman Kompleksi ilə birgə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirdi. Yarışı giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək qanlı yanvarın tarixindən bəhs edərək rus-erməni birləşmələrinin xalqımıza etdiyi zülm, verdiyi işgəncələri bir daha yarış iştırakçılarının diqqətinə çatdırdı. 14 çəki dərəcəsində 132 idmançının iştırak etdiyi yarışda I, II və III yeri tutmuş idamançılar İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundu.

  • İnzibati Ərazi Dairələri üzrə nümayəndəli...

    İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları davam edir

    2016-01-16

    Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2016-cı il tarixli 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq davam edir. Növbəti dəfəDiyallı, İstisu, Qalagah, Talıstan, Xanagah və Kürdmaşı İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir.

  • 20 yanvara həsr olunmuş inşa müsabiqəsi

    20 yanvara həsr olunmuş inşa müsabiqəsi

    2016-01-14

    14 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkitalçılığı ilə “ 20 Yanvar –Qan yaddaşımızdır!” mövzusunda rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa –yazı müsabiqəsi keçirildi.

  • Rayon Ağsaqqallar Şurasının sədri  İnqilab H...

    Rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80 illik yubileyi

    2016-01-14

    İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa xidmət göstərmək tapşırığını məsuliyyətlə yerinə yetirir. Bu xidmətin dəyərli bir istiqaməti kimi tanınmış elm xadimlərinin, dövlət qulluqçularının, zamanında aparıcı təsərrüat və müəssisə rəhbəri kimi fərqlənərək dövlət təltiflərinə layiq görülmüş mütəxəssislərin, ziyalıların anım və xatirə günlərinin, yaşamaqda davam edənlərin yubileylərinin keçirilməsi götürülüb. İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80 illik yubileyinin rayon icra hakimiyyəti tərəfindən “Qala” şadlıq sarayında təntənəli şəkildə qeyd edilməsi bu sıradan təqdirəlayiq tədbirlərdən biri olub.

  • İsmayıllıda din xadimlərinin toplantısı keç...

    İsmayıllıda din xadimlərinin toplantısı keçirildi.

    2016-01-14

    Yanvar ayının 14-də RİH-nin konfrans zalında İsmayıllıda din xadimlərinin toplantısı keçirildi. Toplantıda RİH başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak edirdilər.Yanvar ayının 14-də RİH-nin konfrans zalında İsmayıllıda din xadimlərinin toplantısı keçirildi. Toplantıda RİH başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak edirdilər.

  • İsmayıllıda istehlak bazarına nəzarət üzrə...

    İsmayıllıda istehlak bazarına nəzarət üzrə komissiya yaradılıb

    2016-01-13

    Yanvarın 13-də İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımı ilə yaşanan vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

  • İnzibati Ərazi Dairələri üzrə nümayəndəli...

    İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqları davam edir

    2016-01-13

    Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2016-cı il tarixli 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq davam edir. Növbəti dəfə Lahıc, Qoşakənd, Həftəsov, Tağlabiyan, Sulut, Xankəndi, Sumağallı, Zərnava və Qalıncaq İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir.

  • İnzibati Ərazi Dairələri üzrə nümayəndəli...

    İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır

    2016-01-08

    İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müəyyən işlər görülmüş, müxtəlif tədbirlər həyata keçirilmişdir. Görülən işlər hər rübün yekunlarında müzakirə edilmiş, inkişaf istiqamətləri müəyyənləşdirilmiş və mətbuat vasitəsilə ictimaiyyətə təqdim edilmişdir. 2015-ci il başa çatdığı üçün görülən işlər barədə ictimaiyyətə daha geniş məlumat vermək və 2016-cı ildə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 07.01.2016-cı il tarixdən hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.

  • “Sağlam cəmiyyətə doğru”

    “Sağlam cəmiyyətə doğru”

    2016-01-07

    07 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi “Sağlam cəmiyyətə doğru” təbliğat tədbiri keçirdi. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qısaca olaraq zərərli vərdişlərin törətdiyi fəsadlar barədə məlumat verdi. O qeyd etdi ki, İsmayıllı gəncliyi daha çox idmana meyilli olduğu üçün sağlam həyat tərzi yaşayır və asudə vaxtlarını səmərəli keçirir. Eyni zamanda gənclərimizin böyük əksəriyyətini savadlı, ziyalı təbəqə təşkil edir. Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov İsmayıllıda narkomaniyanın vəziyyəti barədə məlumat verərək rayonda narkomaniyanın geniş vüsət almadığını vurğuladı. Bildirdi ki, rayonumuzda zərərli vərdişlərə yoluxanların sayı azdır. Zərərli vərdişlər və narkotik aludəçiliyinin hüquqi cəhətdən qanunvericiliyə müvafiq məsuliyyətə cəlb olunmasını gənclərin diqqətinə çatdırdı.

  • Bayram  tədbiri  keçirilmişdir.

    Bayram tədbiri keçirilmişdir.

    2015-12-30

    31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilmişdir. 200 nəfərdən çox iştirakçısını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşdı.

  • Ağacəkmə aksiyası davam edir

    Ağacəkmə aksiyası davam edir

    2015-12-29

    Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzun idarə və təşkilatları tərəfindən ardıcıl olaraq ağacəkmə aksiyaları həyata keçirilir.

əvvəlki [29] növbəti