Şriftin ölçüsü :

Saytın rəngi :

ismayillimuzeyi.jimdo.com

09 noyabr 2013 | 16:00

İsmayıllı Rayon Tarix Diyarşünaslıq Muzeyinin ismayillimuzeyi.jimdo.com saytının təqdimat mərasimi olub. Mərasimdə Rayon İcra Hakimiyyəti, Mədəniyyət Turizm Şöbəsinin  və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev  saytın açılmasının önəmindən danışıb. Bildirib ki, sayt İsmayıllı tarixinin təbliğində, turizm sektorunun inkişafında və xarici turistlərin rayona cəlb edilməsinə tövhələrini verəcək.
Tədbirdə sayt haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, sayt dizaynı, məzmunu baxımından fərqlənəcək. 
İsmayıllı Rayon Tarix Diyarşünaslıq Muzeyinin  direktoru Mayıl Fərəcov sayt haqqında ətraflı məlumat verib. Bildirib ki,  yüksək peşəkarlıqla hazırlanmış saytda İsmayıllı, muzey, muzeydə olan eksponatlar, qalalar, tarixi şəxsiyyətlərimiz, video görüntülər, fotoqalereya, qonaq kitabı kimi bölmələr fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, İsmayıllı Tarix Diyarşünaslıq Muzeyi 1981-ci ildə uyğunlaşdırılmış binada, 2009-ci ildən isə yeni binada fəaliyyətə başlayıb. Hazırda muzeydə 2600-dən çox eksponat var. Bunlarında əsas hissəsini arxeoloji, təsadüfi qazıntılar, maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri, silahlar, məişət əşyaları, xalq yaradıcılığı nümunələri, numizmatika materialları təşkil edir.

Keçidlər