Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan mədəniyyət və incəsənət xadimi fəxri adına layiq görülmüşdür

06 mart 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında 06 mart 2021-ci il tarixli Sərəncamına əsasən Abdullayeva Sahibə Abbas qızı Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı Sahibə Abdullayevanı RİH-nə dəvət edərək onu “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi və “8 mart Beynəlxalq qadınlar günü” münasibəti ilə təbrik etmiş, qiymətli hədiyyələr təqdim etmişdir.

Sahibə Abdullayeva İsmayıllı rayonunun tanınmış, qeyri adi səsə malik olan müğənnilərindən biridir. Gözəl xanım, sevimli müğənni, xanəndə, “Tərəqqi” medalı ilə təltif olunmuş "Niyal" insturmental ansamblının solisti Sahibə Abdullayeva İsmayıllını, Lahıcı bir çox ölkələrdə ,tədbirlərdə, televiziya proqramlarında layiqincə təmsil etmişdir.

Rayonun ictimai həyatında yaxından iştirak edən Sahibə xanım Abdullayeva SSRİ dövründə Azərbaycan qadınlarının III qurultayının nümayəndəsi olmuş, şəhər sovetinə deputat seçilmişdir. Saysız fəxri fərmanları, mükafatları vardır. Hal-hazırda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdindəki "Niyal" insturmental ansamblının solistidir.

 

Keçidlər