Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ilin ilk şura iclası keçirilib

17 mart 2021 | 16:00

Martın 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında ilin ilk Şura iclası keçirilib. Tədbirdə bir sıra vacib məsələ müzakirə olunub. Şuranın tərkibində dəyişiklik edilməsi və yeni üzvlərin daxil olması barədə məsələyə baxılıb. RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Pakizə Abbasova və Rayon Təhsil şöbəsinin rəhbəri Rövşən Əliyev Şura üzvlüyünə qəbul ediliblər.

Sonra, şura və aparatın 2021-ci ilin birinci yarısı üçün perspektiv iş planı təsdiq edilib, rayonda COVID-19 pandemiyasina qarşı həyata keçirilmiş mübarizə tədbirləri müzakirə olunub. Mübarizə tədbirlərinin yüksək mütəşəkkiliklə keçirilməsi, təşkilati, izahat və maarifləndirilmə işlərinin davam etdirilməsi qərara alınıb. Risk qruplarını müəyyən edilməsi, onlara həkim məsləhətlərinin verilməsi və peyvəndləmə işinin düzgün davam etdirilməsi də tapşırılıb.

İclasda kadr məsələləri üzrə araşdırma ilə bağlı yaradılmış komissiyanın arayışı da müzakirəyə təqdim olunub. Araşdırma nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbir görülməsi üçün qərar qəbul edilib.

Pandemiya səbəbindən iclasların keçirilməsindəki riskləri və çətinlikləri nəzərə alaraq müzakirəsi vacib olan məsələlərin şuraya yazılı təqdim edilməsi tövsiyə olunub.

 

Keçidlər