Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti "Nümayəndə günü" keçirilib

01 aprel 2021 | 16:00

01 aprel 2021-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə “Zoom” proqramı vasitəsi ilə onlayn “Nümayəndə günü” keçirilib. İclasda gündəlikdə duran mövcud aktual məsələlər müzakirə olunub.

Müşavirədə koronavirus (covid-19) xəstəliyinin qarşısının alınması istiqamətində tədbirlərin təşkili, ərazilərdə reydlər və maarifləndirmə aksiyalarının keçirilməsi, quş qripinin qarşısının alınması  ilə əlaqədar manitorinqlərin keçirilməsi,  40 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması, ərazilərdə təmizlik işlərinin aparılması, təsərrüfatbaşına uçot kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi, qanunsuz zəbt olunmuş torpaqların açılması, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi və onların həlli,  sosial şəbəkələrdən istifadə və digər cari məsələlər ətraflı müzakirə olunub.

Həmçinin iclasda tütün əkini və barama saxlanması  ilə əlaqədar mövcud məsələlər müzakirə olunub.

 

 

 

Keçidlər