Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllılar koronovirusa qalib gələcək

07 may 2021 | 16:00

İsmayıllıda COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesi davam edir. Vaksinasiya hazırda 40 yaşdan yuxarı olan insanlar üçün aparılır. Həmçinin, İsmayıllı rayonunun təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların əksər hissəsi hər iki dozanı qəbul edərək  vaksinasiyadan keçib. Eləcədə rayonun digər müəssisə və təşkilatlarında çalışanlar, habelə rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər.

Rayonda qeydiyyatda olan 87 min 400 əhali var ki, artıq onlardan 12 min nəfərdən çox rayon sakini vaksinasiya edilib. Vaksinasiya olunanların 9 min nəfərinə isə  2-ci doza vurulub. Bu da hər yüz nəfərdən 14-nün bu prosesdə iştirakı deməkdir. İsmayıllı regionlar üzrə vaksinasiya faizinə görə Respublikada 6-cı yerdədir.
Dünyanı cənginə alan bu təhlükəli  virusa qarşı vətəndaşların peyvənd olunması mərhələli şəkildə  aparılır.

Bu qabaqcıl göstəricilərdə əməyi olan və vaksinasiyada fəal iştirak edən rayon sakinlərinə İsmayıllı Rayon İcra Hakimiyyəti dərin təşəkkürünü bildirir, bundan sonrakı mərhələrdə də aktiv iştirak etməyə çağırırır.

Mayın 10-dan etibarən vaksinasiyanın yeni mərhələsi başlayır, bu mərhələdə 18 yaşıdan yuxarı  hər kəs iştirak edə bilər. Bunun üçün randevu (randevu.its.gov.az) götürən şəxslər  səhər saat 9:00-dan, 18:00-dək rayon mərkəzi xəstəxanasında ayrılmış xüsusi vaksin otaqlarında peyvənd oluna bilərlər. Eyni zamanda hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir.
Qeyd edək ki, peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Bildiririk ki, son brifinqdə verilən məlumata görə peyvəndləmənin faydası artıq özünü göstərir. Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi cənab Prezidentin  "Biz Birlikdə Güclüyük" şüarı ilə  xəstəliyə qarşı mübarizəyə başladıq, həmin şüarlada birlikdə bu xəstəliyə qalib gələcəyik. Bunun üçündə İsmayıllı Rayon İcra Hakimiyyəti vaksinasiyanın növbəti mərhələsində də əhalini  bir daha fəal olmağa çağırırır.

Keçidlər