Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Kəndlərimizdə Novruz bayramı qeyd edilir.

    Kəndlərimizdə Novruz bayramı qeyd edilir.

    2016-03-18

    Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq insanların mənəvi dünyasına yeni zənginlik gətirmişdir. Nəticədə xalqımızın milli-mənəvi dəyərləri hər bir vətəndaşın qeyri-maddi mədəni sərvətinə çevirmişdir.

  • Novruz bayramı ərəfəsində “Yaşıl bazar”...

    Novruz bayramı ərəfəsində “Yaşıl bazar”da yarmarka

    2016-03-18

    Yeniliyi, müasirliyi, abadlığı ilə ismayıllı sakinlərində razılıq yaradan “Yaşıl bazar”da 18 mart 2016-cı il tarixdə bayram yarmarkası təşkil olundu. Buraya N.Nikitin adına kolxoz, kənd təsərrüfatı istehsalının müxtəlif sahələrində çalışan fermerlər öz məhsullarını çıxarmışdılar.

  • Multikulturlizm ili  çərçivəsində elmi konfra...

    Multikulturlizm ili çərçivəsində elmi konfrans keçirilib.

    2016-03-17

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bununla bağlı İsmayıllı rayonunda da müxtəlif xarakterli tədbirlər icra olunur. Martın 17-də rayonda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət din münasibətləri, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindədir” mövzusunda elmi konfrans keçirilib.

  • II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklo...

    II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı

    2016-03-16

    14-16 mart tarixlərində Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində MİRAS ictimai birliyinin təşkilatçılığı ilə II Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilmişdir. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin kollektivi də iştirak etmişdir.

  • İsmayıllıda  VKC karate  idman növü üzrə Re...

    İsmayıllıda VKC karate idman növü üzrə Respublika çempionatı

    2016-03-14

    Rayon İcra Hakimiyyətinin diqqətinin nəticəsi olaraq İsmayıllı Olimpiya İdman Kompleksi gündəlik fəaliyyətdədir və müxtəlif idman növləri üzrə Respublika yarışları, təlim -məşq toplantıları üçün də bura məkan seçilir.

  • İsmayıllı komandası  “ Xəmsə” Milli inte...

    İsmayıllı komandası “ Xəmsə” Milli intelektual oyunu üzrə zona yarışında birinci oldu.

    2016-03-14

    14 mart 2016-cı il tarixdə Şamaxı şəhərində “Xəmsə” milli intellektual oyunları üzrə VII Azərbaycan çempionatı çərçivəsində Dağlıq Şirvan üzrə zona mərhələsi keçirilib.

  • “Fəal ol” bələdiyyə üzvü qadınlarla  t...

    “Fəal ol” bələdiyyə üzvü qadınlarla təlim keçirildi.

    2016-03-14

    14 mart 2016-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadın Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyni ilə birgə “Fəal ol” təbliğat kitabçasının təbliği məqsədi ilə bələdiyyə üzvü olan qadınlarla təlim keçirmişdir.

  • Kooperasiya haqqında qanun layihəsi geniş müza...

    Kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.

    2016-03-12

    11 mart 2016-cı il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimovun rəhbərliyi ilə bir qrup Milli Məcilis üzvlərinin iştirakı ilə kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.

  • İsmayıllı Rayon İcra Hakimiyyətinin   BƏYANA...

    İsmayıllı Rayon İcra Hakimiyyətinin BƏYANATI

    2016-03-08

    Son günlər İsmayıllı şəhər sakini I qrup ümumi səbəbdən əlil olan Şahməmmədov Rasim Eldar oğlu İsmayıllı Rayon İcra Hakimiyyətindən qovulduğu və müraciətlərinə baxılmaması barədə bir sıra KİV-lərə müsahibələr vermiş, həmin KİV-lər tərəfindən vətəndaşın dediklərini araşdırmadan İsmayılı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı “qara piar” kompaniyasına başlanmışdır. Məsələnin bir başa olaraq vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar olduğuna və İcra Hakimiyyətinin bu sahədə fəaliyyətinə kölgə saldığına görə münasibət bildirməyi özümüzə borc bilirik.

  • 8 Mart Beynəlxalq Qadınlar günü münasibətil...

    8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri

    2016-03-07

    İsmayıllıda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunmuş təntənəli bayram tədbiri ilk olaraq Rayon İcra Hakimiyyətinin akt zalında oldu. Şəhid ailələrindən olan xanımları RİH başçısı Mirdaməd Sadıqov təbrik edərək onlara can sağlığı uzun ömür arzuladı. Sonra tədbir “Qala” şadlıq sarayında davam etdirildi. Rayonun İctimai –mədəni həyatında fərqlənən 150 nəfər xanımının iştirak etdiyi bayram tədbiri Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikinin oxunması ilə başlandı.

  • İsmayıllıda “Bədən tərbiyəsi və idman  g...

    İsmayıllıda “Bədən tərbiyəsi və idman günü” qeyd edildi.

    2016-03-05

    2015-ci il “Gənclər paytaxtı” seçilmiş İsmayıllının idmançıları üçün də uğurlu olub. Sambo və cüdo üzrə iki nəfər idmançı qız Avropa oyunlarında iştirak edib, poverliftinq üzrə bir nəfər Dünya çempionu, karate üzrə bir idmançı Avropa çempionu titulunu qazanıb. Müxtəlif idman növləri üzrə rayon idmançıları Respublika yarışlarında uğurla çıxış ediblər. 13 yaşlı qızlardan ibarət rayonun futbol komandası Respublika yarışında birinci yer tutub.

  • İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırm...

    İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu mütəşəkkil keçir.

    2016-03-05

    Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə rayonumuzda 30 mindən artıq ağac əkilməsi nəzərdə tutulmuş, hal-hazıradək isə 10 mindən artıq ağac əkilməsi həyata keçirilmişdir. Əkiləcək ağacların 20 min ədədi İsmayıllı şəhəri və magistral yolların kənarlarında, qalan 10 min ədədi isə bələdiyyə ərazilərində əkiləcəkdir.

  • 1 saylı  uşaq bağçası – körpələr evinin ...

    1 saylı uşaq bağçası – körpələr evinin təşkil etdiyi “Anaları təbrik edək” adlı tədbiri

    2016-03-05

    8 Mart – Beynəlxalq Qadınlar bayramı ölkəmizin hər yer bir bölgəsində, o cümlədən İsmayıllıda Dövlət qayğısının təzahürü olaraq məzmunlu və maraqlı tədbirlərlə qeyd olunur. 05 mart 2016-cı il tarixində uşaq kitabxanasında şəhər 1 saylı uşaq bağçası – körpələr evinin təşkil etdiyi “Anaları təbrik edək” adlı tədbiri də daha seçimlər sırasına yazıldı.

  • Yaponiya-Azərbaycan dostluğunun İsmayıllı ist...

    Yaponiya-Azərbaycan dostluğunun İsmayıllı istiqaməti

    2016-03-04

    Yaponiya-Azərbaycan dostluğu əsasında İsmayıllı rayonunun İto şəhəri ilə qardaşlaşması hər iki tərəf üçün arzuolunan nəticələr verir. Təhsil, mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığa uyğun olaraq qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri qarşılıqlı səfərlər edirlər.

  • ABŞ səfirliyinin əməkdaşları İsmayıllı ş...

    ABŞ səfirliyinin əməkdaşları İsmayıllı şəhər 1 saylı orta məktəbdə.

    2016-03-03

    2016-cı il fevral ayının 29-dan mart ayının 5-dək Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Respublikamızda “İngilis dili həftəsi” keçirilir. Bu məqsədlə 3 mart 2016-cı il tarixdə səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və regional ingilis dili proqramları üzrə mütəxəssis Kevin Makkogi İsmayıllıya səfər ediblər.

  • Velosiped idman növü üzrə rayon birinciliyi ke...

    Velosiped idman növü üzrə rayon birinciliyi keçirilib

    2016-03-02

    2 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompileksində "5 mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş Velosiped idman növü üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirib.

  • “1 mart Beynəlxalq Mülki Müdafiə günü” i...

    “1 mart Beynəlxalq Mülki Müdafiə günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

    2016-03-01

    1 mart 2016-cı il tarixdə İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə və başqa obyektlərdə “1 mart Beynəlxalq Mülki Müdafiə günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

  • Cüdo üzrə açıq dərs

    Cüdo üzrə açıq dərs

    2016-03-01

    01 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompileksində "5 mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş Cüdo idman növü üzrə açıq dərs keçirmişdir.

  • İsmayıllıda Xocalı faciəsinin 24-cü ildönü...

    İsmayıllıda Xocalı faciəsinin 24-cü ildönümü kütləvi yürüşlə qeyd edilib

    2016-02-26

    26 fevral saat 9-dan başlayaraq Xocalı faciəsinə-soyqırımına həsr olunmuş videofilmlər, film-xronikalar, erməni vəhşiliklərini əks etdirən faciəvi səhnələr mərkəzi meydandakı monitorda nümayiş etdirilib. 5000 nəfərədək rayon sakini Rayon İcra Hakimiyyətinin rəhbərliyi öndə olmaqla “Ana harayı” abidəsinə yürüş etmək üçün meydana toplaşıb. Bütün zamanlarda baş vermiş soyqırımları simvolizə edən “Ana harayı” abidə-kompleksi Mübariz Orucov küçəsi ilə Nizami küçəsinin qovuşuğunda yerləşib.

  • Xocalı faciəsinin 24-cü ildönümünə həsr ol...

    Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş hekayə müsabiqəsi

    2016-02-25

    24 fevral 2016-cı il tarixdə Peşə Tədris Mərkəzində rayon Gənclər və İdman İdarəsi tələbələr arasında Xocalı Soyqrımının 24-cü il dönümünə həsr olunmuş hekayə müsabiqəsi keçirdi.

  • 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunl...

    2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub

    2016-02-25

    25 fevral 2016-cı il tarixdə İsmayıllıda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Qeyd edək ki, yığıncaqdan öncə iştirakçılar və qonaqlar Mədəniyyət sarayının foyesində təşkil olunan kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar. Sonra hesabat yığıncağı RİH-nin akt zalında davam etdirilib. İclasda Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə Orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev, Millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, qonaqlar, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.

  • İsmayıllının Kürdmaşı kəndində “Su təc...

    İsmayıllının Kürdmaşı kəndində “Su təchizatı sisteminin inşası” layihəsi başa çatıb

    2016-02-23

    Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” vasitəsilə həyata keçirilən “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi başa çatıb. AZƏRTAC xəbər verir ki, layihə üzrə qrant müqaviləsi ötən il oktyabrın 9-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Yaponiya səfirliyi ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyi arasında imzalanıb. Layihə Kürdmaşı kəndində yeni su təchizatı sistemi inşa etmək, beləliklə də sakinlərin suya olan tələbatını qismən ödəmək məqsədi daşıyırdı. Həyata keçirilən layihənin ümumi dəyəri 90,646 ABŞ dolları təşkil edib.

  • Yay otlaq sahələrində təsərrüfatların davam...

    Yay otlaq sahələrində təsərrüfatların davamlı idarə olunması

    2016-02-23

    23 fevral 2016-cı il tarixdə İsmayıllı rayonun “Turan” sarayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı əsasında rayonumuzda fəaliyyətini davam etdirən “Azərbaycanın Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” layihəsi çərçivəsində “Yay otlaq sahələrində təsərrüfatların davamlı idarə olunması üçün idarəetmə planlarının hazırlanması və fermerlərə texniki dəstəyin verilməsi” mövzusunda tədbir keçirildi.

  • Xocalı faciəsini unutmayaq

    Xocalı faciəsini unutmayaq

    2016-02-23

    23.02.2016-cı il tarıxdə Uşaq kitabxanasında şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirvari Musayevanın şagirdləri ilə birgə hazırladığı “Xocalı faciəsini unutmayaq” adlı kompazisiya nümayiş etdirilib.

  • Xocalı soyqırımının 24-cü ildönümü qeyd o...

    Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunmuşdur.

    2016-02-22

    Fevralın 22-də Rayon Mədəniyyət və Turizm Şöbəsinin Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı tədbiri Rayon Uşaq Kitabxanasında reallaşdı. 80 nəfərin iştirak etdiyi tədbirdə

əvvəlki [30] növbəti