Şriftin ölçüsü :

Saytın rəngi :

Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatının iştirakçıları içtirakçıları ismayıllıda

19 noyabr 2013 | 16:00

18 noyabr 2013-cü il tarixdə  saat 1230-da çempionatın  iştirakçıları olimpiya idman kompleksinə gəldilər. Onları rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, müavinləri Sevil Əhmədova, Həsən Həsənov qarşıladılar. Yarışda onlara  uğurlar arzuladılar. R.Ağayev dedi ki, İsmayıllı  ilə tanışlığa kompleksin  foyesində təşkil  olunmuş sərgidən  başlamağı xahiş edirəm. Sonrakı tanışlıq üçün maraqlı proqram hazırlamışıq. Hər şey sizin  istəyinizcə olacaqdır.
Mədəniyyət mərkəzinin bədii kollektivləri qonaqlar qarşısında  rəqs və mahnılarla  çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi  bədii gimnastika üzrə 20-ci Respublika çempionatı iştirakçılarının şərəfinə “Röya” şadlıq evində ziyafət verdi.
İştirakçılara rayonun  sənətkarlıq, toxuculuq nümunələrindən və simvollarından ibarət hədiyyələr təqdim olundu.
Ziyafətdə şən rəqslər, rəqs kompozisiyaları ifa oldu.
Gimnastlar rəqsdə də usta olduqlarını göstərdilər.
Rayon rəhbərliyinin diqqəti və  qayğısı iştirakçılar tərəfindən dərin razılıq hissi ilə qarşılandı.

Keçidlər