Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Regional Forum keçirilib

24 avqust 2021 | 16:00

24 avqust 2021-ci il tarixində İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində yaradılan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ASAN Könüllülük Məktəbi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə pandemiya qaydaları çərçivəsində İsmayıllıda “Regional Gənclərin I İnkişaf Forumu” keçirilib.

Forum dövlət himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra öz işinə başlayıb. Forumun keçirilməsində əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şərait yaratmaqdan ibarətdir.

Qeyd edək ki, regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və İsmayıllı rayon Gənclər və İdman İdarəsi arasında anlaşma memorandumu imzalanmışdır.

Keçidlər