Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Gimnastika Federasiyası təşəkkür edir

28 noyabr 2013 | 16:00

Azərbaycan Gimnastika Federasiyası  aşağıdakı məzmunda İsmayıllı  rayon İcra Hakimiyyətinin başçısına təşəkkür məktubu göndərmişdir:
“Hörmətli Mirdaməd müəllim!
   2013-cü ilin  19 noyabr tarixində  ilk dəfə olaraq bədii gimnastika  üzrə Azərbaycan çempionatı ölkəmizin  dilbər  guşəsi olan İsmayıllı rayonunda müvəffəqiyyətlə təşkil olunmuşdur.
Çempionat ərzində nümayəndə heyəti və yarış iştirakçılarına göstərdiyiniz diqqət və qayğıya, dəyərli hədiyyələrinizə və bu çempionatın yüksək səviyyədə keçirilməsi üçün yaratdığınız şəraitə görə Azərbaycan Gimnastika Federasiyası adından Sizə və əməkdaşlarınıza təşəkkürümüzü bildiririk.


Hörmətlə,
Vitse-prezident:    Altay Həsənov”
 

Keçidlər