Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrlə növbəti görüş geçirilib

15 sentyabr 2021 | 16:00

15 sentyabr 2021-ci il tarixdə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin iştirakı ilə Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına uyğun olaraq  geniş iclas keçirilib.

İclasda gündəlikdə duran bir neçə məsələlər, 27 sentyabr Anım Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Tədbirlər planı, 18 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması, ərazilərdə təmizlik və abadlıq işlərinin aparılması, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi, onların həlli  və digər cari məsələlər ətraflı müzakirə olunub.

Keçidlər