Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhid Fuad Nəcəfovun medalı anım günündə ailəsinə təqdim edilib

08 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Fuad Nəcəfovun “Cəbrayılın azad olunmasına görə” medalı atasına  təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri  və hərbiçi yoldaşları iştirak ediblər.

Rayon rəhbəri şəhid Fuad Nəcəfovun və qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən bəhs edib. O bildirib ki, illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqları unudulmayacaq.

Xatırladaq ki , Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamları ilə Fuad Nəcəfov “Qarabağ” ordeni , "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki,  şəhidin atası Taleh Nəcəfov Birinci Qarabağ müharibəsində iştirak edib və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

 

Keçidlər