Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıqbayramlı kəndində səyyar görüş-qəbul

05 dekabr 2013 | 16:00

4 dekabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab M.Sadıqov Aşıqbayramlı kənd klubunda Qarakolluq və Hapıtlı kənd sakinləri ilə görüş keçirdi. Qəbula gələn kənd sakinləri öz şəxsi problemləri ilə yanaşı kəndlərinin ümumi problemlərini də qeyd etdilər. İçməli su təchizatının yaxşılaşdırılması, həyətyanı sahələrin sel sularından mühafizə olunması, yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin dəyişdirilməsi istəklər arasında idi. Hər bir müraiətə həssaslıqla yanaşan M.Sadıqov aidiyyəti şəxslərə tapşırıqlar verdi.

Keçidlər