Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa çempionu olmuş idmançımızla görüş keçirilib

17 noyabr 2021 | 16:00

Bu gün  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  Nahid Bağırov 26-27 oktyabr 2021-ci il tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində qol güləşi üzrə keçirilən 30-cu Avropa çempionatında iştirak etmiş idmançımız İsgəndərov Nihat Eldəniz oğlu ilə görüşüb. Görüşdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi, idmançının məşqçi-müəllimi  və valideyni  də  iştirak edib.


Görüş çərçivəsində Nihat İsgəndərovun  əldə etdiyi qələbədən  və ölkəmizdə idmanın inkişafı üçün idmançılara göstərilən diqqətdən danışılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan yığmasının tərkibində iştirak edən idmançımız  50 kq çəki dərəcəsində sağ qol güləşi üzrə qızıl, sol qol güləşi üzrə isə gümüş medala layiq görülüb.

İdmançı Nihat İsgəndərov fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

 

Keçidlər