Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümüdür

24 noyabr 2021 | 16:00

İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, mədəniyyət və təhsil işçiləri, rayonun ictimai-siyasi həyatında əməyi olan şəxslər iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinə ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Pandemiya qaydalarına uyğun şəkildə keçirilən tədbir İsmayıllı rayon Mədəniyyət Mərkəzində davam edib.

Öncə İsmayıllı idmançılarının və İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin çıxışlarına baxılıb.

Daha sonra tədbir iştirakçıları İsmayıllının yaranmasının 90-cı ildönümü münasibətilə təhsil, mədəniyyət, folklor nümayəndələrinin, İsmayıllı sənətkarlarının, rəssamlarının əl işlərindən və istehsalat nümunələrindən, milli mətbəximizdən, kənd təsərrüfatı məhsullarından, İsmayıllı yazarlarının əsərlərindən, gənclər idman sahəsində qazanılan uğurlardan bəhs edən sərgiyə baxıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin İsmayıllıya səfərlərini və İsmayıllının keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.

Tədbir Mədəniyyət Mərkəzinin və Təhsil Şöbəsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. İsmayıllını “XarıBülbül” musiqi festivalında təmsil edən Lahıc, İvanovka folklor qruplarının ifasında musiqi nömrələri dinlənilib.

Sonda RİH-in başçisi Nahid Bağırov İsmayıllının yaranmasının 90 illiyi ilə əlaqədar bütün ismayıllıları təbrik edərək, rayonunun inkişafına verdiyi töhfələrə görə bir qrup şəxsi təltif edib.

 

 

 

 

 

Keçidlər