Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətində təhsildə uğur qazanmış məktəblilərlə görüş keçirilib

24 noyabr 2021 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı "Zəfər yolu” Respublika inşa müsabiqəsinin qalibi Mürsəliyeva Aişə Sübhi qızı və V Ümumrespublika Uşaq Formunun iştirakçıları Mürsəliyev Rüstəm Sübhi oğlu və Əliyeva Lalə Rövşən qızı ilə görüşüb.

Rayon rəhbəri məktəblilərlə səmimi söhbət edib, forumda rayonumuzu uğurla təmsil etdikləri üçün onlara təşəkkür edib, "Zəfər yolu" inşa müsabiqəsində I yer tutan Aişənin qalib gəlməsini rayonumuz üçün böyük uğur kimi dəyərləndirib.

Qeyd edək ki, Aişə Mürsəliyeva və Rüstəm Mürsəliyev II Qarabağ müharibəsi şəhidi Sübhi Mürsəliyevin övladlarıdır.

Qalib məktəblilər fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.

Keçidlər