Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıdan olan şəhid Tural Rəcəbalıyevin medalı anım günündə ailəsinə təqdim edilib

25 noyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq  göstərərək şəhidlik zirvəsinə ucalmış əsgər Tural Rəcəbalıyevin  “İgidliyə görə” medalı atasına  təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri  iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Tural Rəcəbalıyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər