Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün İsmayıllı rayonunun Xəlilli kəndindən olan şəhid Ülvi Müseyiblinin ad günü məzarı yanında qeyd olunub

27 noyabr 2021 | 16:00

Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar. Sonra Xəlilli kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Məlumat üçün bildiririk ki, Ülvi Müseyibli 1991-ci il noyabrın 27-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Müseyibli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ülvi Müseyibli noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunun Xəlilli kəndində dəfn olunub.

Ülvi Müseyibli  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilib.

Keçidlər