Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi uşaqları üçün bayram şənliyi təşkil olunub

29 dekabr 2021 | 16:00

İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən Heydər Əliyev adına  mərkəzi meydanda təşkil olunan bayram tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in əməkdaşları, şəhid və qazi ailələrindən olan uşaqlar və  rayon ictimaiyyəti iştirak edib.

Uşaqlar şəhərin mərkəzində xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən şam ağacının ətrafında istedadlı şagirdlərin hazırladıqları şeirləri dinləyib, Şaxta baba və Qar qızın  hədiyyələrini sevinclə qarşılayıblar.

Bayram tədbirində rayon rəhbəri tərəfindən il ərzində rayon tədbirlərində fəal iştirak edən məktəblilər mükafatlandırılıb.

Keçidlər