18 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi Heydər Əliyev Mərkəzi ilə birgə “20 yanvar-Ümumxalq Hüzn Günü”-nə həsr olunmuş “Qanlı tarix unudulmur!” mövzusunda yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil etdi.
İsmayıllı rayon Telekominukasiya idarəsində 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə iştirak edən Rayon İcra hakimiyyəti aparatının məhsul işçisi Şahin Hüseynov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 25 il əvvəl ölkəmizin ərazi bütövlüyünü pozmaq cəhdləri geniş miqyas almışdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilmişdir. Həmçinin də 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırma SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbçilərin hərəkətlərində “cinayət tərkibi olmaması” qənaətinə gəlimişlər. Ardınca Azərpoçt MMC-nin İsmayıllı poçt filialının müdiri Şöhbət Pənahov, İsmayıllı Telekommunikasiya Qovşağının nümayəndəsi Elxan Əliyev və digərləri çıxış etmişlər.
17 yanvar 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Olimpiya İdman Kompleksi ilə birgə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirdi. Yarışı giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək qanlı yanvarın tarixindən bəhs edərək rus-erməni birləşmələrinin xalqımıza etdiyi zülm, verdiyi işgəncələri bir daha yarış iştırakçılarının diqqətinə çatdırdı. 14 çəki dərəcəsində 132 idmançının iştırak etdiyi yarışda I, II və III yeri tutmuş idamançılar İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundu.
Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2016-cı il tarixli 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq davam edir. Növbəti dəfəDiyallı, İstisu, Qalagah, Talıstan, Xanagah və Kürdmaşı İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir.
14 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkitalçılığı ilə “ 20 Yanvar –Qan yaddaşımızdır!” mövzusunda rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa –yazı müsabiqəsi keçirildi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa xidmət göstərmək tapşırığını məsuliyyətlə yerinə yetirir. Bu xidmətin dəyərli bir istiqaməti kimi tanınmış elm xadimlərinin, dövlət qulluqçularının, zamanında aparıcı təsərrüat və müəssisə rəhbəri kimi fərqlənərək dövlət təltiflərinə layiq görülmüş mütəxəssislərin, ziyalıların anım və xatirə günlərinin, yaşamaqda davam edənlərin yubileylərinin keçirilməsi götürülüb. İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənovun 80 illik yubileyinin rayon icra hakimiyyəti tərəfindən “Qala” şadlıq sarayında təntənəli şəkildə qeyd edilməsi bu sıradan təqdirəlayiq tədbirlərdən biri olub.
Yanvar ayının 14-də RİH-nin konfrans zalında İsmayıllıda din xadimlərinin toplantısı keçirildi. Toplantıda RİH başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak edirdilər.Yanvar ayının 14-də RİH-nin konfrans zalında İsmayıllıda din xadimlərinin toplantısı keçirildi. Toplantıda RİH başçısı yanında dini komissiyanın üzvləri, icma sədrləri, imam, axund və dini ayinlərin icraçıları iştirak edirdilər.
Yanvarın 13-də İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə dünya iqtisadiyyatında yaşanan böhranın, neftin qiymətinin sürətlə aşağı düşməsinin Azərbaycandan da təsirsiz ötüşmədiyi, manatın devalvasiyası şəraitində istehlak bazarında bəzi iş adamları tərəfindən süni qiymət artımı ilə yaşanan vəziyyət geniş təhlil olunub, vəzifələr müəyyənləşdirilib, aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2016-cı il tarixli 02 saylı Sərəncamı ilə təstiq edilmiş rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi qrafikinə uyğun olaraq davam edir. Növbəti dəfə Lahıc, Qoşakənd, Həftəsov, Tağlabiyan, Sulut, Xankəndi, Sumağallı, Zərnava və Qalıncaq İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir.
İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müəyyən işlər görülmüş, müxtəlif tədbirlər həyata keçirilmişdir. Görülən işlər hər rübün yekunlarında müzakirə edilmiş, inkişaf istiqamətləri müəyyənləşdirilmiş və mətbuat vasitəsilə ictimaiyyətə təqdim edilmişdir. 2015-ci il başa çatdığı üçün görülən işlər barədə ictimaiyyətə daha geniş məlumat vermək və 2016-cı ildə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 07.01.2016-cı il tarixdən hesabat yığıncaqlarının keçirilməsinə başlanmışdır.
07 yanvar 2015-ci il tarixdə İsmayıllı rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi “Sağlam cəmiyyətə doğru” təbliğat tədbiri keçirdi. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov qısaca olaraq zərərli vərdişlərin törətdiyi fəsadlar barədə məlumat verdi. O qeyd etdi ki, İsmayıllı gəncliyi daha çox idmana meyilli olduğu üçün sağlam həyat tərzi yaşayır və asudə vaxtlarını səmərəli keçirir. Eyni zamanda gənclərimizin böyük əksəriyyətini savadlı, ziyalı təbəqə təşkil edir. Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov İsmayıllıda narkomaniyanın vəziyyəti barədə məlumat verərək rayonda narkomaniyanın geniş vüsət almadığını vurğuladı. Bildirdi ki, rayonumuzda zərərli vərdişlərə yoluxanların sayı azdır. Zərərli vərdişlər və narkotik aludəçiliyinin hüquqi cəhətdən qanunvericiliyə müvafiq məsuliyyətə cəlb olunmasını gənclərin diqqətinə çatdırdı.
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilmişdir. 200 nəfərdən çox iştirakçısını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşdı.
Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzun idarə və təşkilatları tərəfindən ardıcıl olaraq ağacəkmə aksiyaları həyata keçirilir.
29 dekabr 2015-ci il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbir keçirdib. RİH-nin və Rayon Təhsil Şöbəsi nümayəndələrinin, məktəblərin pedaqoji kollektivlərinin şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə İsmayıllı rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışdı.
İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon gənclər və idman idarəsinin və “İnnovasiya mərkəzi”nin icraçılığı ilə “Elay” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclərin bal-karnavalı keçirilib. 2015-ci il “Azərbaycanın Gənclər Paytaxtı”nın gündəlik həyatda, idmanda, sosial şəbəkələrdə, intellektual oyunlarda çalışdığı sahədə fəallıq göstərən gəncləri incəsənətdə, musiqidə və rəqslərdə də bacarıqlı olduqlarını göstərdilər. “Miras” İctimai birliyinin bir qrup üzvü də bal-karnavalın iştirakçıları sıralarında idilər.
28 dekabr 2015-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İsmayıllı rayon Mədəniyyət sarayında bayram tədbiri keçirildi.
25 dekabr 2015-ci il tarixdən 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə İsmayıllı şəhərində inşası başa çatdırılmış “Yaşıl Market” ticarət kompleksində kənd təsərrüfatı məhsullarının satış yarmarkasının keçirilməsinə start verilib.
26 dekabr 2015-ci il tarixdə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin RİH-nin təşkilatçılığı ilə Peşə Tədris Mərkəzində “Əsrlərdən Gələn Sənətimiz” adlı layihəsi həyata keçirilib.
"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 dekabr 2015-ci il tarixdə Uşaq kitabxanasında əlil uşaqların əl işlərindən ibarət satış - sərgi keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı M.Sadıqov, RİH-nin məsul işçiləri, Beynəlxalq Diplomatiya Akademiyasının MDB ölkələri üzrə sülh məramlı səfiri Aleksandr Şopero Suliman, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, “Vətəndaşların Sosial Rifahının gücləndirilməsinə dəstək” İB-nin sədri Venera Əsədova və Qarabağ əlilləri, ümumi səbəbdən əlil olanlar iştirak edib.
24 dekabr günü rayonumuzun ictimaiyyəti üçün daha əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın sevimlisi, ümummilli lider Heydər Əliyevin yadigarı olan cənab İlham Əliyevin ad günündə uzun illər rayonumuzda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclis üzvlərinin rayon ictimayyəti ilə görşü keçirildi.
25 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələrin iştirakı ilə növbəti “nümayəndə günü” keçirildi. Tədbiri giriş sözü ilə RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Səmədov açaraq, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə onlara müvafiq tapşırıq və tövsiyələrini verdi. Sonra 07-30 yanvar 2016-cı il tarixlərdə İƏD üzrə nümayəndəliklərdə 2015-ci ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışdı, bu məqsədlə hazırlanmış cədvəli onların diqqətinə çatdırdı. İƏD üzrə nümayəndəliklərin 2016-cı ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verdi. Sonda Dövlət Arxivinin İsmayıllı rayon şöbəsinin müdiri İ.Əkbərov İƏD üzrə nümayəndəlikərin sənədlərini Dövlət Arxivinə verilməsinin vacibliyindən danışdı.
25 dekabr 2015-ci il tarixdə Qala şadlıq sarayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə kollektivi qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramını təntənəli tədbirlə qeyd edib. Tədbirdə qonaq qismində İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov da iştirak edib. Tədbirdə tələbələr musiqi nömrələri və səhnəciklər nümayiş etdiriblər. İl ərzində fəallıq göstərən tələbələr fəxri fərmanla mükafatlanıb.
2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Bakı şəhərindən gəlmiş bir qrup jurnalistlərlə Peşə Tədris Mərkəzi,İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İnnovasiya qrupunun fəal gənclərinin iştirakı ilə "Səfir olsaydım,Azərbaycanı necə təbliğ edərdim" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbiri İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq qonaqları salamladı və İsmayıllı gənclərinin fəallığının uğurlu nəticələrini diqqətə çatdırdı. İctimai Birliyin rəhbəri Vüsalə Hüseynova layihə barədə ətraflı məlumat verərək layihənin məqsədini iştirakçıların diqqətinə çatdırıb. Layihə çərçivəsində gənclər müxtəlif fikirlər təkliflər səsləndiriblər.