Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib Həmkarlar İttifaqı təşkilatı

07 dekabr 2013 | 16:00

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi “Ən yaxşı ilk Həmkarlar İttifaqı təşkilatı” Respublika müsabiqəsi keçirtmişdir. Müsabiqədə birinci mərhələdə qalib olmuş Respublika üzrə 57 ilk Həmkarlar İttifaqı təşkilatları iştirak etmişdir. İşçilərin sosial hüquqlarının müdafiəsi, iqtisadi vəziyyətinin və  əmək şəraitinin yaxşılaşdırılıması, sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində görülmüş işlərlə bağlı keçirilmiş müsabiqədə ATİAHİ  İsmayıllı RK- nın ilk təşkilatı olan şəhər 2 nömrəli tam orta məktəb Həmkarlar İttifaqı Komitəsi qalib gələrək I yeri tutmuşdur. Görülmüş işləri yüksək hazırlıqla nümayiş etdirən Hİ komitəsinin sədri Sənubər Səmədova ATİAHİ Respublika Komitəsinin  diplomu və “notbuk” kompuyteri ilə mükafatlandırılmışdır. 3 –cü il müntəzəm keçirilən bu müsabiqədə hər ildə müvəffəqiyyətlə çıxış etdiyinə görə ATİAHİ Rayon Komitəsi də qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Təbrik edir, rayon komitəsinin işində daha böyük uğurlar arzulayırıq.

Keçidlər