Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

17 dekabr 2013 | 16:00

Prezident İlham Əliyevin  2006-cı il dekabrın 16-da imzaladığı sərəncama əsasən bu tarix ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətilə İsmayıllı rayonunda tədbir keçirilib.
Tədbirdən öncə Rayon İcra Hakimiyyəti nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları Ulu öndərin şəhər mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər. 
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev nazirlik əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Nazirlik qısa müddətdir yaranmasına baxmayaraq, şərəfli yol keçib.
İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov rayonun ictimai həyatında fəallığı və peşə bayramı münasibəti ilə Fəxri fərmanla təltif edilib. 

Keçidlər