Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlara geniş miqyaslı hazırlıq

26 dekabr 2013 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəylik günü Yeni illə eyni zamana düşdüyü üçün bu bayramlara hazırlıq bir-birinə qarşılıqlı zənginlik gətirir. İsmayıllı şəhərinin  mərkəzi meydanında 22 metr hündürlüyündə yolka, 10 yerdə şamı xatırladan şəffaf yolka, Heydər Əliyev prospekti və Nizami Gəncəvi küçələrində işıqlandırma dirəklərində Yeni İl simvolları - bəzəkləri quraşdırılmış, bir neçə yerə təbrik plakatları vurulmuşdur.
            24 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Gənclər və İdman idarəsi Rayon Təhsil şöbəsi ilə birgə inşa yazı müsabiqəsi keçirmişdir. 25 dekabrda Rayon İcra Hakimiyyətinin təşkilati və maliyyə dəstəyi ilə 350 azyaşlı fiziki qüsurlu, hərəkət imkanları məhdud olan uşaq üçün Gənclər Mərkəzində Yeni İl şənliyi keçirilmişdir.
            Bundan sonrakı günlərdə İsmayıllı Tikiş fabrikində, Rayon Mədəniyyət və Turizm şöbəsində, Gənclər Mərkəzində, bağçalarda tərbiyə olan uşaqlar üçün şənliklər keçiriləcək.
             30 dekabr 2013-cü il tarixdə  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli surətdə  ilə yekun vurulacaq. Şəki “Kanal -S”  televiziyası bu tədbirdə 10 illiyi münasibətilə tanınmış müğənni və musiqiçilərin iştirakı ilə möhtəşəm konsert təşkil edəcək.
             Rayon Gənclər və İdman idarəsi “Gülüstan ” şadlıq sarayında bayramlar şərəfinə gənclərin karnavalını keçirəcək.
         Bayramları qarşılamaq üçün hər ilkindən  fərqli olaraq bu il rayonda daha genişmiqyaslı iş aparılır, tədbirlərə daha çox iştirakçı  daha çox uşaq cəlb edilir.

Keçidlər