Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlar münasibətilə İsmayıllıda yarmarka

28 dekabr 2013 | 16:00

Şəhərin “Qala divarları” önündə 27 dekabr 2013-cü il tarixdə  bayramlar münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edildi. İvanovka kəndindəki ictimai və fərdi təsərrüfatlar yarmarkaya daha çox məhsul çıxardılar. Ət, bal, süd və süd məhsulları bütün növ meyvələr, taxıl, noxud bazar qiymətindən ən azı 25-30 faiz aşağı qiymətə satıldı.
Rayon İcra Hakimiyyətinin təşkil etdiyi yarmarka alıcıların razılığına səbəb oldu. Satış-yarmarka 3 gün davam edəcək.

Keçidlər