Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti bayram tədbiri

31 dekabr 2013 | 16:00

30 dekabr 2013-cü il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayon ictimaiyyəti qarşısında bayram konserti təşkil edildi.  Konsertdə həmçinin efirə çıxmalarının 5 illiyi tamam olan Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti də iştirak edirdi.
Mərkəzə toplaşanları salamlayan aparıcı Kanal-S haqqında məlumat verdi. O, bildirdi ki, 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalımızın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 21-ci kanallardan ölkənin 70 % -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar.

Keçidlər