Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin yeni il tədbiri

31 dekabr 2013 | 16:00

30 dekabr 2013-cü il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi rayonun idmançılarını, fəal gənclərini 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “Gülüstan” şadlıq sarayına toplamışdı. Şadlıq sarayına daxil olanlar ənənəvi tədbirlər silsiləsi ilə deyil, tamam fərqli görüntü ilə rastlaşdılar. İsmayıllıda ilk dəfə gənclərin partisi keçirilirdi.
Aparıcılar R.Teyyubov, Ş.Ramazanqızı, E.Məmmədli və A.Bəşirova partini açıq elan edərək Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təbrikini çatdırmaq sözü RİH başçısının birinci müavini R.Ağayevə verdilər. Daha sonra çıxış edən Rayon Gİİ-nin rəisi T.Salehov 2013-cü ildə gənclər və idman sahəsində qazanılmış uğurlardan danışdı. Uğur qazanmış idmançılar və rayonun fəal gəncləri mükafatlandırıldıqdan sonra partinin bədii hissəsi başladı.
Çıxış edən müğənnilər S.Abdullayeva, S.İsmayılqızı və digərləri partiyə xüsusi rəngarənglik qatdı. Partidə ən yadda qalanlardan biri rayon rəhbərliyinin təşkil etdiyi ingilis dili kursunun rəhbəri Rəşad Paşazadənin tələbələri ilə hazırladığı fləşmob və mahnı oldu.
Parti şer müsabiqəsi, rəqslərlə, diskoteka ilə davam etdi.

Keçidlər