Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Nümayəndə günü keçirildi

    Nümayəndə günü keçirildi

    2015-09-11

    11 sentyabbr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında növbəti nümayəndə günü keçirilmişdir. Nümayəndə günündə İsmayıllı RİHB-nın 37 İƏD üzrə nümayəndəsindən 34 nəfəri və 3 nəfər nümayəndələrin müavinləri və iştirak etmişlər. İclasa sədrliyi RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri R.Səmədov etmişdir.

  • İlk dəfə səsverən gənclərlə görüş

    İlk dəfə səsverən gənclərlə görüş

    2015-09-10

    10 sentyabr 2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və 86 saylı ismayıllı Dairə Seçki Komissiyasının birgə təşkilatçılığı ilə Diyallı kəndində ilk dəfə səsverən gənclərlə görüş keçirildi.

  • Sahibkarların İsmayıllı rayon konfransı

    Sahibkarların İsmayıllı rayon konfransı

    2015-09-09

    Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramlarının həyata keçirilməsinin əsasını İsmayıllı rayon İcra Hakimiyyəti özəl sektorun, sahibkarlığın inkişafında, aqrar sektorun elmi əsaslarla idarə olunmasında görür. 9 avqust 2015-ci il tarixdə “Gənclər Mərkəzi”ndə “Sahibkarlığın inkişafının prioritet istiqamətləri, ona iqtisadi və mənəvi dəstək göstərilməsi yolları” mövzusunda keçirilən konfrans da bu məqsədə xidmət edirdi.

  • İsmayıllı  müəllimlərin sentyabr konfransı ...

    İsmayıllı müəllimlərin sentyabr konfransı keçirildi

    2015-09-08

    08.09.2015-ci il tarixdə İsmayıllı Gənclər Mərkəzinin akt zalında rayon müəllimlərinin konfransı keçirildi.Konfrans öz işinə Azərbaycan Dövlət himninin ifa olunması ilə başlayıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Fərzəli Qədirov, təhsil işçiləri iştirak ediblər. Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov 2014-2015-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

  • İsmayıllıda “Təhsil” bayramı qeyd edildi

    İsmayıllıda “Təhsil” bayramı qeyd edildi

    2015-09-02

    İsmayıllının təhsil işçiləri, rayon ictimaiyyəti təhsil sahəsində qazanılan uğurları, əldə olunan nailiyyətləri hər il “Bilik günü” öncəsi “Təhsil bayramı” ilə qeyd edir. Bu il bu bayram 2 sentyabr 2015 ci il tarixdə “Qala” şadlıq sarayında qeyd olundu. Məzunların, tələbələrin, şagird və müəllimlərin, rayon ziyalılarının, qonaqların, bütövlükdə İsmayıllı ictimaiyyətini əhatə edən bu tədbir təhsilimizin uğurlarından xəbər verən bir el şənliyini özündə yaşatdı.

  • “Heydər Əliyev və Azərbaycan təhsili” mö...

    “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda növbəti məşğələ keçirilib

    2015-08-28

    İsmayıllıda fəaliyyət göstərən “Heydər Əliyev İdarəetmə Məktəbi”ndə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda növbəti məşğələ keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən məşğələni idarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov açaraq bugünkü təhsil uğurlarımızı dəyərləndirərək ölkəmiz üçün vacib bir məsələ olduğundan danışıb.

  • Kiçik gimnastlarımızın qələbəsi

    Kiçik gimnastlarımızın qələbəsi

    2015-08-28

    Artıq İsmayıllıda 2-ci ildir ki, fəaliyyət göstərən Bədii Gimnastika Federasiyasının bədii gimnastika bölməsi öz bəhrəsini verməkdədir. Belə ki, bölmədə bu idman növü ilə məşğul olan 7 idmançımız 28 avqust 2015-ci il tarixdə Bakı şəhərində “START” idman və əyləncə idman kompleksində keçirilən regionlararası “START” turnirində iştirak etmişdir. İdmançılardan Əhmədova Lamiyə, Məmmədli Fatimə, Orucova Ayan birinci yerə, Səfərova Xanım, Yarıyeva Billür ikinci yerə, Yadigarova Samirə və Cəbiyeva Sona isə üçüncü yerə layiq görülmüşlər. Kiçik gimnastlarımızı qazandıqları qələbə münasibəti ilə təbrik edir, onlara daha böyük idman uğurları arzulayırıq!

  • “Miras” ın növbəti layihəsi icra olundu

    “Miras” ın növbəti layihəsi icra olundu

    2015-08-27

    26-27 avqust 2015-ci il tarixlərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İsmayıllı rayon ərazisində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinə başlamış və yerli turizm obyektlərində olmuşlar. İctimai Birliyin nümayəndələri avqustun 26-sı Diyyalı kəndində və Basqal qəsəbəsində, avqustun 27-si isə İsmayıllı Rayon Tarix-Diyarşunaslıq muzeyində görüşlər keçirmişdir.

  • Mollaisaqlı, Qalagah və Buynuz kəndlərində s...

    Mollaisaqlı, Qalagah və Buynuz kəndlərində səyyar-görüş qəbul keçirilib

    2015-08-27

    RİH-nin başçısı Mirdaməd Sadıqov Milli Məclisin deputatı Novruz Aslanovla birlikdə kəndlərdə səyyar görüş-qəbul keçirdib. Son illər respublikada və rayonda görülən işlərdən bəhs edən rayon rəhbəri kəndin problemlərindən də xəbəri olduğunu vurğulayıb.Sakinlər isə ümumi və fərdi problemlərini dilə gətiriblər. Bütün müraciətləri dinləyən RİH başçısı M.Sadıqov müvafiq qurumlara aidiyyəti tapşırıqlar verib.

  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Q...

    Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı İsmayıllıda bölgə müşavirəsi keçirib

    2015-08-19

    Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. İsmayıllı şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon şöbələrinin üzvləri iştirak ediblər.

  • “Azərbaycan dövlətçiliyinin təbliği ilə b...

    “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı maarifçilik tədbirlərinin təşkili”

    2015-08-15

    Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Din və Demokratiya Mərkəzi” İctimai Birliyi “Azərbaycan dövlətçiliyinin təbliği ilə bağlı maarifçilik tədbirlərinin təşkili” layihəsi çərçivəsində 15 avqust 2015-ci il tarixdə İsmayıllı rayonun Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirib.

  • Beynəlxalq gənclər günündə konsert

    Beynəlxalq gənclər günündə konsert

    2015-08-13

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və İsmayıllı rayon İcra Hakimiyətinin birgə təşkilatçılığı ilə 12 avqust 2015-ci il tarixdə İsmayıllı Yay filarmoniyasında Beynəlxalq Gənclər Günü münasibətilə böyük konsert keçirildi. Əksəriyyəti gənclərdən ibarət olan iki min nəfərə qədər tamaşaçı qarşısında Prezident təqaüdçüsü, əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, muğam müsabiqəsinin qalibi, istedadlı xanəndə Kamilə Nəbiyeva, gənc müğənni Vaqif Şıxalıyev və başqaları çıxış ediblər.

  • Yapon qonaqlar İsmayıllıda

    Yapon qonaqlar İsmayıllıda

    2015-08-13

    Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış Dostluq mübadiləsi haqqında Saziş ilə əlaqədar, 12 avqust 2015-ci il tarixində müəllim-şagird mübadilə proqramı çərçivəsində “International Homestay Club”un nümayəndəsi Konuşi Tsneo və həmçinin 2 yapon şagird Şintaro Kavfune, Kurumi Kavahara İsmayıllıya gəliblər. Səfərin məqsədi rayonun milli mətbəxi, zəngin mədəniyyəti və adət ənənələri ilə tanışlıq xarakteri daşıyır.

  • Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraci...

    Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

    2015-08-07

    Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır.

  • Kollecin ilk məzunlarına diplomlar verildi.

    Kollecin ilk məzunlarına diplomlar verildi.

    2015-08-06

    İsmayıllı Humanitar Texnologiya Kolleci 2013-cü ildən fəaliyyətə başlamışdır. Kollecdə 8 ixtisas üzrə 346 nəfər tələbə təhsil alır. Fəaliyyətə başladığı dövrdən bu günə kimi ixtisaslar üzrə mütəxəsis hazırlığı yüksək səviyyədə həyata keçirilmiş, tədrisin müasir tələblərə uyğun qurulmasına nail olunmuşdur. Rayonda yeganə tələbə müəssisəsi olan kollec rayonun mədəni həyatında, kütləvi tədbirlərin təşkilində həmişə yaxından işkirak edir, gənclərin əsl vətəndaş kimi yetişməsi daim diqqətdə saxlanır.

  • Onlayn ifadə azadlığı mədəniyyəti üzrə se...

    Onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminar keçirildi

    2015-08-04

    4 avqust 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Orta Asiya və Güney Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar” adlı layihə çərçivəsində tədbir keçirdi.

  • Problemlər birgə müzakirə olunur

    Problemlər birgə müzakirə olunur

    2015-07-29

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu monitorinq qruplarının məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması ilə bağlı təlimatlandırılması məqsədilə 29 iyul 2015-ci tarixində Heydər Əliyev Mərkəzində seminar keçirilmişdir. Seminarda Oğuz, Qəbələ və İsmayıllı rayonlarının nümayəndələri iştirak etmişdir.

  • Gənclər arasında azərbaycançılığın təbli...

    Gənclər arasında azərbaycançılığın təbliği

    2015-07-29

    28 iyul 2015-ci tarixdə Heydər Əliyev Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” adlı təlim keçirdi.

  • “Azərbaycan gəncliyi daha yaxşı gələcək u...

    “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə”

    2015-07-28

    Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi çərçivəsində növbəti təlimlər İsmayıllıda həyata keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən təlimlərdə rayonun fəal gəncləri iştirak ediblər.

  • İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qan...

    İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

    2015-07-28

    İyulun 28-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edərək bu nəcib aksiyaya qoşulmuşlar.

  • “Miras” ın növbəti layihəsi icra olundu

    “Miras” ın növbəti layihəsi icra olundu

    2015-07-27

    26 iyul 2015-ci il tarixdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İsmayıllı rayon ərazisində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin rebilitasiyasına dəstək” layihəsinə başlamış və yerli turizm obyektlərində olmuşlar.

  • İsmayıllı rayonunda əmək yarmarkası keçiril...

    İsmayıllı rayonunda əmək yarmarkası keçirildi

    2015-07-25

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun iştirak etdiyi tədbirdə ölkəmizdə davamlı makroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artmasına şərait yaratdığı vurğulanıb. Bildirilib ki, bu imkanlardan maksimum istifadə olunmaqla dövlət məşğulluq strategiyasının uğurlu icrası, işaxtaran və işsiz vətəndaşların iş yeri ilə təmin edilməsi istiqamətində respublikanın paytaxtında və bölgələrində aktiv məşğuluq tədbirləri həyata keçirilir. Müsbət haldır ki, keçirilən bu tədbirlərdə işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.

  • Respublika “Məktəbli Kuboku”-na hazırlıq

    Respublika “Məktəbli Kuboku”-na hazırlıq

    2015-07-24

    Azərbaycan Velosiped İdman Federasiyası velosiped idman növünün təbliğ etmək, perspektivli idmançıların üzə çıxarılması və Respublika “Məktəbli Kuboku”- na hazırlıq məqsədi ilə 23 iyul 2015-ci il tarixdə saat 11-00 da rayonun Heydər Əliyev prospektində rayon məktəbliləri arasında velosiped yarışı keçirildi.

  • “Əmək Yarmarkası”na çıxarılmış boş  i...

    “Əmək Yarmarkası”na çıxarılmış boş iş yerləri haqqında məlumat

    2015-07-24

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən 25 iyul 2015-ci il tarixdə keçirilən “Əmək Yarmarkası”na çıxarılmış boş iş yerləri haqqında məlumat

  • İsmayıllı Rayon İcra Hakimiyyəti başçısın...

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 6 aylıq hesabat yığıncağı keçirildi.

    2015-07-23

    23 iyul 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin birinci yarsının sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirildi.

əvvəlki [34] növbəti