Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon İcra Hakimiyyəti Əməkdar meşə işçisinin yubleyini qeyd etdi

06 yanvar 2014 | 16:00

Mənalı ömrünün 60 ilini İsmayıllı təbiətinin qorunmasına, zənginləşdirilməsinə, yeni meşə massivləri salınmasına həsr etmiş Əməkdar meşə işçisi, rayon meşə təsərrüfatının keçmiş müdiri Bəhrəm Tarverdiyevin 80 illik yubleyini rayon İcra Hakimiyyəti 05 yanvar 2014-cü ildə təntənəli şəkildə qeyd etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Bəhrəm Tarverdiyevin keçdiyi ibrətamiz, müasir ekologiya işçilərinə nümunə ola biləcək həyat yolundan danışdı, onu fəxri fərmanla təltif etdi, pulla mükafatlandırdı.
Dövlət qulluğu və təhsil veteranı, tanınmış ziyallı Fərman Bəşirov rayon ziyallıları və ağsaqqalları adından Əməkdar meşə işçisini təbrik etdi.
Meşələrin bərpası və mühafizəsi müəssisəsinin direktor müavini Cabbar Qəribov gül çələngi və xalça ilə keçmiş müdirini 80 illik yubleyi münasibətilə təbrik etdi.
Bəhrəm bəy oğlu Tarverdiyev minnətdarlığını bildirərək qeyd etdi ki, fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevin siyasətinə sədaqətlə xidmət edib, ağac əkini və ekologiyanın qorunması sahəsindəki tapşırıqlarını məsuliyyətlə yerinə yetirilib. Bundan sonra da dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcək. Yaşından asılı olmayaraq B.Tarverdiyev hamını İsmayıllının tikilməsi və qurulmasında, abadlaşmasında fəal iştiraka çağırdı.

Keçidlər