Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Inkişaf Mərkəzi ” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 26 oktyabr 2015-ci il tarixdə Peşə Tədris Mərkəzində maarifləndirmə tədbiri keçirilib.
24 oktyabr 2015-ci il tarixdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbin akt zalında "Uşaq hüquqları aylığı" çərçivəsində hüquqi maarifləndirmə seminarı keçirilmişdir. Maarifləndirmə seminarını RİH-nin Hüquq şöbəsinin müdiri Xətai Abbasov apardı. Tədbirdə hüquq sahəsində müxtəlif mövzulara toxunuldu. Əsas etibarilə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarına seminarda geniş yer verildi. Zərərli vərdişlər, narkomaniya, erkən nikah və bu kimi digər spesifik mövzulara da toxunan X.Abbasov sonda şagirdlərin suallarını cavablandırdı.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mütəmadi olaraq rayon gəncləri ilə görüşlər keçirir. Artıq bu, bir ənənə halını alıb. Belə görüşlərdən biri 24 oktyabr 2015-ci il tarixdə reallaşıb. RİH başçısının bu dəfəki görüşü İnnovasiyalar qrupu və rayon gəncləri ilə oldu. Görüşdə RİHB-nin müavini Sevil Əhmədova,İctimai-siyasi şöbənin əməkdaşları, RTŞ-nin müdir müavini Rahim Baxışov, RMT-nin müdiri Azər Abbasov, RGİİ-nin rəisi Taleh Salehov və rayonun 90 nəfər fəal gənci iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənlər Fondunun maliyyə dəstəyi ilə “Gənc Beynəlxalq Hüquqşünaslar” İctimai Birliyinin həyata keçirdiyi “Mən seçiciyəm” layihəsi çərçivəsində 23 oktyabr 2015-ci il tarixdə maarifləndirmə tədbiri keçirilib.
22 oktyabr 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının “2015-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının təhlili və qarşıda duran vəzifələrə” həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayədələri, bələdiyyə sədrləri, təhsil işçiləri və içtimaiyətin nümyədələri iştirak edirdilər.
Oktyabr ayının 21-də İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai birliyi “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində tədbir keçirilib. Mərkəzin direktoru Zaur Muradov birliyin nümayəndələrini və tədbir iştirakçılarını salamlayıb, bu mövzulu tədbirlərin İsmayıllıda keçirilməsini təqdirəlayiq hesab edib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi Heydər Əliyev Mərkəzində ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirib. Məqsəd isə gənclərin müstəqil həyatına istiqamət vermək, təhsillərinin davam etdirilməsi, peşə öyrənmələri və məşğulluqlarının artırılması üçün tədbirlər müəyyənləşdirmək olub. Tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Oktyabr ayının 20-də İsmayıllı Rayon Statistika İdarəsinin əməkdaşları peşə bayramlarını - Ümumdünya Statistika Gününü qeyd ediblər. Tədbirin iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər güllər qoyublar. Tədbirin Heydər Əliyev Mərkəzində davam edən rəsmi hissəsində rayon Statistika İdarəsinin rəisi Əziz Əzizov çıxış edib. O bildirib ki, Birləşmiş Millətlər Assambleyası 2015-ci il 20 oktyabr gününü “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında ikinci Ümumdünya Statistika Günü elan etməyi qərara alıb. Qəbul olunmuş qətnamədə deyilir ki, Ümumdünya Statistika Günü oktyabrın 20-də hər beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010-cu ildə keçirilib. Bu gün bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə stasistika təsisatının 95 yaşı tamam olur.
"Xəzər – Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi 2015-ci ilin maliyyə müsabiqəsində iştirak etmiş və “Azərbaycan Respublikasında dini ekstremizimlə qanunvericilik vasitəsilə mübarizə və milli-dini birlik barədə doktirinanın hazırlanması (din, cəmiyyət və qanun bir vəhdətdə)” adlı layihəsilə qalib olmuşdur.
2015-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan olunması bu sahə ilə bağlı İsmayıllıda bir sıra elmi-praktik seminar, forum və konfransların keçirilməsinə şərait yaradıb. Fermer evinin tikintisi, “Gənc təsərrüfatçılar” məktəbinin təsis edilməsi, “Yaşıl market”in, istehsal gücü ildə 1000 ton olacaq hind quşu fabrikinin tikintisi, N.Nikitin adına kolxozun idarə olunması üçün yeni hüquqi əsas yaradılması, taxıl istehsalının elmi əsaslar üzərinə keçirilməsi “Kənd təsərrüfatı ili”nin tələblərindən irəli gəlib.
1918-ci il may ayının 28-də Şərqdə ilk olaraq Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmışdı. Dövlətçilik tarixi qədim olan ölkəmiz müstəqillik əldə etmişdi. Lakin dağıdıcı inqilablarla Rusiyanı xalqların məcburi birliyi məkanına çevirənlər XI ordu vasitəsilə Azərbaycan Demokratik Respublikasını devirdilər. Xalqımız müstəqilliyinin bərpasını 70 il gözlədi, nəhayət arzusuna çatdı.
İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin , Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır.
İsmayıllı rayon Gənclər və İdman idarəsi 14 oktyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzi ilə birgə "18 oktyabr- Müstəqillik günü" münasibətilə yeniyetmə rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirib. Sərgidə açılışında rayon gənclər və idman idarəsinin əməkdaşı Ş.Qafarova çıxış edib. Qeyd edib ki, İsmayıllının 2015-ci ilin Gənclər Paytaxtı seçilməsi gənc rəssamların əsərlərində geniş işıqlandırılıb. Sərginin qaliblərinə rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.
"Gələcəyə körpü" Gənclər İctimai Birliyi Azərbaycanda fəal gənclərin iştirakını təmin etməklə, sağlam vətəndaş cəmiyyətini təsis etmək və gənclərin beynəlxalq səviyyədə ölkəmizi təmsil etməsinə yardım və gənclərin məşğulluğu sahəsində bir sıra layihə və proqramlar həyata keçirmişdir. 14 oktyabr 2015-ci il tarixdə saat 11: 00-da Tarix Diyarşünaslıq Muzeyində "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi İsmayıllı gəncləri ilə görüş keçirdi.
Oktyabrın 13-də İsmayıllı rayon Mədəniyyət Mərkəzində İsmayıllı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağsu, Ağdaş, Göyçay, Şamaxı rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminar təşkil edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan Valideyn - Müəllim Assosiasiyası” İctimai Birliyinin “Təhsilin keyfiyyətinə ictimai dəstək və Valideyn Təlim Mərkəzinin yaradılması” layihəsi çərçivəsində növbəti monitorinq və ictimai maarifləndirmə görüşləri 13 oktyabrda İsmayıllı rayonunda davam etdirilmişdir.
Lahıc qəsəbəsində İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Multikulturalizm və Azərbaycan folkloru" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, AMEA-nin Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Mədəniyyətlərarası dialoq və folklor şöbəsinin direktoru Asif Usubəliyev, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin şöbə müdiri Vidadi Rzayev, və digərləri iştirak ediblər.
10 oktyabr 2015-ci il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Turizm və onun təşkili” ixtisasının tələbələri “Səyahət” adlı tədbir keçirdi. Tədbirdə Azərbaycanın bütün tarixi yerlərinə səyahət edildi, onlar haqqında məlumatlar verildi. Dünya ölkələrindən də maraqlı xəbərlər dinləyicilərə çatdırıldı. İxtisasa uyğun olaraq tamaşalar və musiqi çıxışları oldu. Tədbiri “Turizm və onun təşkili” ixtisası üzrə I kurs və II kurs tələbələri Eşqin Mehdizadə, Ülvi Ramazanlı, Namiq Vahabzadə, İlqar Baxşıyev hazırlamışdılar.
Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həmin ölkənin səfirliyi 2002-ci ildən 2014-cü ilədək İsmayıllıda 13 layihə həyata keçirib. Bu layihələr daha çox insanların təhsilinin, səhiyyə xidmətinin, məişətinin, məktəbəqədər tərbiyənin, ekologiyanın qorunmasının və su təchizatının yaxşılaşdırılması ilə əlaqədardır. 9 oktyabr 2015-ci il tarixdə 14-cü layihənin-Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “İsmayıllının Küdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsinin imzalanma mərasimi oldu.
İsmayıllı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayondan olan tanınmış elm adamlarının, ziyalıların, yazıçı və şairlərin , Milli Qəhrəmanların, Əmək qəhrəmanalrının, Respublika miqyasında tanınan təsərrüfat rəhbərlərinin yubileylərinin,anım və xatirə günlərinin keçirilməsi üçün təşkilat komitəsi yaradılmışdır. Belə tədbirlərin ilkini Bakı Dövlət Universitetinin professoru, riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü olmuş, orta təhsilini Basqal məktəbində almış Maqsud Cavadova həsr olunur. Xatirə gününə qədər bir sıra tədbirlərin icrası nəzərdə tutulub.
Hər bir azərbaycanlı üçün Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Bu hisslərin gənc nəslə aşılanmasını, onların Vətən yaddaşının və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini qarşıya məqsəd qoyan QHT-lər,ictimai birliklər,qurumlar yerlərdə maraqlı tədbirlərlə çıxış edirlər. İsmayıllı rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon gənclər və idman idarəsinin iştirakı ilə “bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai birliyi uşaq gənclər kitabxanasının akt zalında bu sıradan daha diqqətçəkən bir toplantı keçirib.
6 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərancamına uyğun olaraq Rayon Mədəniyyət Sarayında Seyid Əzim 180 illik yubileyi qeyd edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə hazırladığı tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH Aparatının işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Qala ” şadlıq sarayında keçirilən Beynəlxalq Müəllim gününə İsmayıllı təhsil sistemi 11 nəfər “Əməkdar müəllim”, 22 nəfər “Ən yaxşı müəllim” və 20 “Ən yaxşı məktəblə” gəlmişdi. 11377 şagirdin təhsili ilə məşğul olan 1531 nəfər pedaqoji işçini təmsil edən 300 nəfər müəllim dövlət təhsil siyasətinin əsil təntənəsi olan bayram tədbirində iştirak edirdi.
Yaponiyanın İto şəhəri ilə imzalanmış dostluq sazişindən sonra qarşılıqlı əməkdaşlıq əlaqələri getdikcə genişlənir. Oktyabrın 4-də qardaşlaşmış şəhərdən gəlmiş 11 nəfər mədəniyyət işçisi Rayon Mədəniyyət Mərkəzində Yapon xalqının mədəni irsini nümayiş etdiriblər.
01-04 tarixlərdə İsmayıllıda keçirilən Yaponiya mədəniyyət günləri İvanovka kənd mədəniyyət evində yekunlaşdı. İlk olaraq qonaqları RİHB-nin müavini Sevil Əhmədova, İvanovka icra nümayəndəsi Olqa Jabina, Nikitin adına Kolxozun sədri, İvanovka kənd tam orta məktəbin direktoru Mixail Uryupin qarşılayıb.