Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin ildönümü münasibəti ilə silsilə tədbirlər

17 yanvar 2014 | 16:00

16 yanvar 2014-cü il tarixdə E.Məmmədov adına İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə şəhid həmyerlimiz Mirzəyev Zəfər Bəyi oğlunun anım mərasimi keçirildi. Mərasim məktəbin həyətindəki abidənin önünə gül-çiçək dəstələrinin qoyulması ilə başladı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi T.Salehov, QMƏVŞA  İB-nin İsmayıllı rayon şöbəsinin sədr müavinləri İ.Musayev və K.Dadaşov, 3 saylı tam orta məktəbin direktor müavini N.Səmədov və başqaları çıxış edərək şəhid haqqında məlumat verdilər. Onlar öz çıxışlarında vətənini sevən, onu qorumaq üçün canından keçən şəhidlərimizin xatirəsinin həmişə xalqımız tərəfindən uca tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Sonda bütün şəhidlərə Tanrıdan rəhmət diləndi. Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii proqramla başa çatdı.

*******
İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü münasibəti ilə dama üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın sonunda I, II və III yerin qaliblərinə diplom və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər